1. Çəkiliş zamanı görüntü və səslə yanaşı, ayrıca kanalda qeydə alınan zaman göstəriciləri.
Z.K. səsi və görüntünü sinxronlaşdırmağa, montajı asanlışdırmağa, axtarılan kadrı tez tapmağa kömək edir.
2. Video və fotoçəkiliş aparılarkən, lent çoxaldılarkən, şəkillər dərc edilərkən kadrların üzərində qeyd olunan zaman göstəriciləri.
Bu göstəricilər hər hansı hadisənin baş verdiyi vaxtı müəyyənləşdirməyə, prosesin ardıcıllığı və sürətini izləməyə, həmçinin videolentdə axtarılan kadrları tez tapmağa gömək edir.
3. Videolentə baxış, yaxud efir vaxtı kadrların, epizodların zaman ölçülərinə görə bölünərək qeydə alındığı sənəd.
Jurnalistika terminləri lüğətiHüququ pozulmuş şəxsin öz hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərc, onun əmlakından məhrum olması, əmlakının zədələnməsi nəticəsində gördüyü ziyan, habelə hüququ pozulmasaydı, əldə edə biləcəyi gəlir.
Z. forma və məzmununa görə əmlak (maddi) və qeyri-əmlak (mənəvi) xarakterli olur. Mənəvi Z.-lə bağlı məhkəmə işlərinin əksəriyyəti KİV-də yayılmış materiallar üzrə qaldırılır. Belə işlərə dair proseslərdə yaranan çətinlikləri aradan qaldırmaq üçün Azərbaycanın Konstitusiya Məhkəməsi Mülki Məcəllədə əksini tapmış Z. anlayışına əlavə izah verib: «zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür».
See also:
Jurnalistika terminləri lüğəti1. Yeni nəşrin ilk sayı (ilk bir neçə sayı) üzərində iş yekunlaşdıqdan sonra hazır maketi çapa verməkdən məqsədyönlü surətdə imtina etmək.
Bəzi qəzetlər bu taktikadan nəşr satışa çıxmazdan əvvəl redaksiyanın bütün xidmətlərinin fəaliyyətini nizamlamaq, real iş rejimində yarana biləcək problemləri məşq prosesində aradan qaldırmaq üçün istifadə edir.
2. Hər hansı əsəri, materialı onun işıq üzü görəcəyinə ümid bəsləmədən yazmaq, yaratmaq.
Misal: «Zibil zənbilinə işləmək, amma boş yerə işləməmək» (akademik Lev Landaunun aforizmi).
Jurnalistika terminləri lüğətiHər hansı şəxsə, sosial qrupa qarşı zor işlətməklə insanların qanuni hüquqlarının pozulması, sağlamlıqlarına ziyan vurulması ilə nəticələnə biləcək hərəkətlərə təhriketmə, həmçinin belə hərəkətlərin təbliği.
Azərbaycanın KİV haqqında qanunvericiliyində, digər normativ sənədlərdə «zorakılıq» anlayışının hüquqi izahı verilmir, lakin kütləvi informasiya vasitələrindən konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, zorakılığı təbliğ etmək məqsədilə istifadə olunmasına qadağa qoyulur.
Jurnalistika terminləri lüğəti