Hər hansı şəxsə, sosial qrupa qarşı zor işlətməklə insanların qanuni hüquqlarının pozulması, sağlamlıqlarına ziyan vurulması ilə nəticələnə biləcək hərəkətlərə təhriketmə, həmçinin belə hərəkətlərin təbliği.
Azərbaycanın KİV haqqında qanunvericiliyində, digər normativ sənədlərdə «zorakılıq» anlayışının hüquqi izahı verilmir, lakin kütləvi informasiya vasitələrindən konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, zorakılığı təbliğ etmək məqsədilə istifadə olunmasına qadağa qoyulur.
Jurnalistika terminləri lüğəti