lat. virus – zəhər
Başqa proqramlara daxil olan, öz surətini fayllara, sistem sahəsinə, şəbəkələrə və s.-yə yayaraq kompüterlərin normal işini poza bilən zərərli proqram.
Belə proqram kompüterə xarici yaddaş qurğularından, elektron poçtdan, digər internet resurslarından keçir və özünü təxminən bioloji V. kimi aparır: çoxalır, maskalanır, «yoluxdurur». V.-lar müxtəlif əlamətlərinə görə növlərə bölünür, ümumilikdə isə iki böyük qrupa ayrılır: fayllara bulaşan və kompüterin sistem sahələrinə bulaşan V.-lar. Bu V.-lar 1980-ci illərin əvvəllərindən məlumdur. «Kompüter V.-u» anlayışını 1984-cü ildə amerikalı alim Fred Kohen təklif edib və həmin terminə «başqa proqramları «yoluxduran», öz nüsxəsini daxil edərək onları dəyişikliyə uğradan proqram» tərifi verib.
Jurnalistika terminləri lüğəti1. Gözlə görünən, lakin reallıqda mövcud olmayan səhnələrin yaradılmasına, kadrların hazırlanmasına imkan verən texnologiyaların cəmi.
V.E. texnologiyasından hər hansı səhnənin çəkilişi çox bahalı və ya təhlükəli, habelə qeyri-mümkün olduğu halda istifadə edilir. Bunun üçün kadrlar kombinə edilir, yaxud kompüter qrafikası üsulu tətbiq olunur.
2. Təsvirə xas olmayan xüsusiyyətin, elementin müşahidəçinin gözünə görünməsini təmin edən texnologiya.
Məsələn, təsviri sənətdə bəzi texnologiyalar müşahidəçidə hərəkətsiz dairənin fırlanması təəssüratı yaradır.
See also:
Jurnalistika terminləri lüğətilat. visualis – görülən
1. Tamaşaçının diqqətini kadrdakı hər hansı obyektə yönəltmək üçün onun iri planda göstərilməsi, yaxud işarələnməsi.
2. Oxucunun diqqətini hər hansı sözə, ifadəyə cəlb etmək üçün mətndə onun başqa şriftlə yığılması, rənglə, yaxud digər formada işarələnməsi.
See also:
Jurnalistika terminləri lüğətilat. visualis – görülən
Görüntü xarakterli informasiya daşıyan, oxunması, adətən, xüsusi texniki qurğular vasitəsilə mümkün olan sənəd.
V.S. həm də yazılı, yaxud yalnız yazılı mətnlərə malik fotolar, kadrlar, slaydlar, mikrofilmlər və s. şəklində ola bilər.
See also:
Jurnalistika terminləri lüğətilat. vox – səs + lat. populi – xalq
1. Adi vətəndaşdan alınmış şərh, rəy.
2. Jurnalistin bir məsələ barədə adi vətəndaşların rəyini öyrənməsi üsulu və prosesi.
Bu üsul Azərbaycan jurnalistikasında daha çox «küçə sorğusu» adlandırılır. V-P. izdihamlı yerlərdə – küçədə, parkda, konsert və idman yarışı kimi kütləvi tədbirlərdə fasilə zamanı, adətən, eyni sual ətrafında keçirilir. Ondan verilişin, məqalənin canlandırılması üçün bir element kimi istifadə olunur. Bəzənsə V-P. KİV-də ayrıca janr formasında təqdim edilir. Belə materialların hazırlanması insanların fikirlərini açıq ifadə etməsi üçün şərait yaratmaq, materialda eyni zamanda həm plüralizm, həm də balans prinsiplərini qorumaq baxımından jurnalistdən bacarıq tələb edir.
Jurnalistika terminləri lüğətilat. vulgaris – adi, sadə < lat. vilgus – kütlə
Sadə xalq dilində işlədilən, lakin ədəbi dildə istifadəsi yolverilməz olan çox kobud söz və ifadələr.
V.-lər bədii mətnlərə nadir hallarda, personajların dilini xarakterizə etmək üçün daxil edilir. Jurnalistikada V.-lərin istifadəsi, ümumiyyətlə, peşə etikası normalarından kənar hesab olunur. Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarında media işçilərindən V.-lərin, jarqonların istifadəsindən çəkinmək, dilin təmizliyini qorumaq tələb edilir.
See also:
Jurnalistika terminləri lüğəti