Efir məqsədilə istifadə olunan, habelə istifadəsi planlaşdırılan və boş qalan yararlı radiotezlikləri əks etdirən sənəd.
T.Y.T.S.-na istifadə edilən tezliklərdə fəaliyyət göstərən yayımçılar haqda məlumatlar da daxildir.
See also:
Jurnalistika terminləri lüğətiyun. tele – uzaqdan + lat. visio – baxıram
1. Təsvirin elektrik naqilləri və ya radiorabitə vasitəsilə uzaq məsafəyə verilməsi və qəbul edilməsi.
2. Təsvirlərin radioelektron qurğularla uzaq məsafəyə verilməsi ilə əlaqədar elm, texnika və mədəniyyət sahəsi, sənət növü.
T. sənəti kino, teatr, estrada və s. sahələrin xüsusiyyətlərini özündə birləşdirir, habelə ədəbiyyat və musiqi ilə sıx bağlıdır. T. informasiyanın ən kütləvi yayım vasitələrindən biridir, eyni zamanda o, elmi idarəetmədə, texnikada, təbabətdə, istehsalatda, kosmosda və s.-də geniş tətbiq olunur. Tarixdə ilk televiziya stansiyası 1928-ci ildə Çikaqoda (ABŞ) efirə çıxıb. Azərbaycan televiziyasının tarixi isə 1956-cı ildən başlayır.
3. Bax: televiziya jurnalistikası.
See also:
Teleradio işçilərinin peşəkarlıq səviyyəsini, ixtisas dərəcəsini artırmaq, televiziya sənətinin inkişafını stimullaşdırmaq, bu sahədə yeni ideyaları dəstəkləmək, habelə tamaşaçı auditoriyasını maarifləndirmək kimi məqsədlərə xidmət edən ictimai-tədris müəssisəsi.
Jurnalistika terminləri lüğətiTeleviziya ilə göstərilmək üçün çəkilən, xüsusi struktura, estetikaya, çəkiliş-montaj texnologiyasına malik film növü.
Kiçikölçülü ekranın texniki imkanlarını və tamaşaçıların belə ekrandakı təsvirləri qavrama özəlliyini nəzərə almaqla yaradılan T.F. bədii quruluşuna görə də kinofilmlərdən fərqlənir: burada ümumi planlardan az istifadə olunur, kadrda təsvirin çox xırda detalları verilmir və s. T.F.-ləri, əsasən, videolentə çəkilir. Onlar bədii, sənədli, elmi-kütləvi və s. növlərə ayrılır. Televiziya təcrübəsində çoxseriyalı bədii T.F.-ləri (seriallar) geniş yayılıb.
Jurnalistika terminləri lüğəti1. Efirdə televiziya yayımının aparıldığı tezlik zolağı; ötürücüləri son məntəqədəki qəbuledici cihazlarla birləşdirən texniki-texnoloji sistem.
Bu sistemə proqramın mənbəyi (mikrofon), ötürücü, səsgücləndirici və nizamlayıcı qurğular, digər texniki vasitələr (qəbuledici anten, dinamik, səsucaldıcı və s.) daxildir.
2. Verilişlərin hazırlanması, çəkilişi və yayımlanması ilə məşğul olan televiziya təşkilatı.
3. Məzmununa, hədəf auditoriyasına və materialların təqdimat üsuluna görə fərqlənən televiziya formatı; məs.: uşaq kanalı, tədris kanalı və s.
See also:
Jurnalistika terminləri lüğətiTeleproqramların hazırlanması ilə məşğul olan istehsalat vahidi, televiziya stansiyasının bir hissəsi.
Adətən, T.M. studiya, texniki qurğular sistemi, gücləndirici enerji bloku və yardımçı sexləri özündə birləşdirən aparat-studiya kompleksindən ibarət olur.
Jurnalistika terminləri lüğəti