Vətəndaşların informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanan, teleradio yayımçılarının peşə müstəqilliyini qoruyan prinsip.
Bu prinsipin həyata keçirilməsi üçün qanunvericilik teleradio yayımı sahəsində senzuranı, yayımçıların yaradıcılıq və redaksiya fəaliyyətinə kənar müdaxilələri qadağan edir. T.Y.A. yalnız fövqəladə hallarda qanunla nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər.
See also:
Jurnalistika terminləri lüğəti