ing. sock puppet – ələ taxılmış corabdan kukla
İnternetdə süni olaraq yaradılmış yalançı personaj, gerçəklikdə mövcud olmayan istifadəçi.
S.-i real istifadəçidən seçmək çətindir. O, ictimai rəyi çaşdırmağa, cəmiyyətdə yanlış təsəvvürlər formalaşdırmağa xidmət edir.
See also:
Jurnalistika terminləri lüğəti1. Struktur cəhətdən elmi əsaslara söykənən forma və ardıcıllıqla tərtib edilmiş, hər biri tədqiqatın (sorğunun) əsas məqsədilə məntiqi surətdə bağlı olan suallar toplusu.
Bu suallar respondentlərdən qiymətləndirmə üçün lazım olan informasiyaları almağa imkan verir.
2. Sorğu zamanı respondentlərə verilən sualların siyahısı və bu siyahının dərc olunduğu vərəq (vərəqlər).
S.A.-ndə hər sualdan sonra onun cavabının qeyd olunması üçün yer saxlanılır.
See also:
Jurnalistika terminləri lüğətiİnformasiya sorğusunda tələb edilən məlumatların sorğu müəllifinə təqdim olunması.
S.C. həmin məlumatları informasiya daşıyıcısına yazmaqla, telefaksla ötürməklə, sorğuda göstərilən elektron poçt ünvanına göndərməklə, sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə, şifahi formada bildirməklə, informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə, informasiya daşıyıcısının növünü nəzərə alaraq başqa üsullarla həyata keçirilə bilər.
See also:
Jurnalistika terminləri lüğətiİnformasiya sorğusunda tələb edilən məlumatların açıqlanmaması.
Buna yalnız qanunla müəyyənləşdirilmiş konkret hallarda – sorğu əldə edilməsi məhdudlaşdırılan informasiyaya aid olduqda, sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda, yaxud o, şəxsiyyətini təsdiqləyən sənəd təqdim etmədikdə, sorğuçunun hansı informasiyanı əldə etmək istədiyi anlaşılmadıqda, sorğu edilən informasiyanın hazırlanması informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə ciddi maneə yaratdıqda və bu kimi vəziyyətlərdə yol verilir.
See also:
Jurnalistika terminləri lüğətiMedianın əsas vəzifəsini yalnız gerçəkliyi əks etdirməkdə deyil, eyni zamanda real həyata fəal müdaxilədə, ictimai münasibətləri tənzimləməkdə və cəmiyyətin tərəqqisi üçün çalışmaqda görən jurnalistika sahəsi.
S.J. KİV-in cəmiyyətdə rolunun daha geniş olduğunu bildirir, buraya dəyəryaradıcı, təşkilatçılıq, sosial iştirak və bu kimi funksiyaları da daxil edir. Mahiyyətcə S.J. – jurnalistikanın cəmiyyət qarşısında sosial məsuliyyət daşıdığına inamın məhsuludur. O, əhalini məlumatlandırmaq və maarifləndirməklə kifayətlənmir, hadisələrə qiymət verməyi, cəmiyyətin problemlərinin geniş müzakirəsini təmin etməyi, dəyişən dünyada insanları istiqamətləndirməyi vacib sayır. S.J. termini ikitərəfli tənqidə məruz qalır. Tənqidçilərin bir qismi bütünlükdə jurnalistikanın sosial mahiyyət daşıdığını və onun ayrıca «sosial» qolunu yaratmağın yanlış olduğunu deyir, digərləri S.J. anlayışını xüsusi sosial müdafiəyə ehtiyacı olan əhali qrupları üçün media ilə eyniləşdirir.
See also:
İnsanlar arasında internet vasitəsilə həyata keçirilən kütləvi kommunikasiya növü.
S.M. – internet istifadəçilərinə onlayn texnologiyaların köməyi ilə əlaqə yaratmağa, informasiya mübadiləsi aparmağa imkan verən bütün veb-resursların cəmidir. Buraya sosial şəbəkələr, bloqlar, forumlar, videohostinqlər, tanışlıq saytları və s. daxildir.
See also:
Jurnalistika terminləri lüğətiİctimai fəaliyyət subyektinin cəmiyyət qarşısında öhdəliklərinə şüurlu münasibəti.
S.M. fərdin, hər hansı peşə sahibinin qarşısına öz fəaliyyətində ictimai zərurətdən, norma və dəyərlərdən çıxış etmək, cəmiyyətin müdafiəsinə və sosial tərəqqiyə xidmət göstərmək tələbi qoyur.
See also:
Jurnalistika terminləri lüğətiMühüm ictimai funksiyalar yerinə yetirən azad medianın cəmiyyət qarşısında məsuliyyət daşıdığını bəyan edən nəzəriyyə.
«Azadlıq – məsuliyyət doğurur» prinsipindən törəmiş və XX əsrin ortalarında ABŞ-da yaranmış bu nəzəriyyə faktik olaraq mediaya mütləq azadlıq tələb edən liberal baxışlarla onun fəaliyyəti üzərində hakimiyyətin nəzarətinə tərəfdar çıxan avtoritar nəzəriyyə arasında orta mövqe tutur. S.M.N.-nə görə, media hakimiyyətin nəzarətindən azaddır, lakin onun fəaliyyəti ictimai strukturlar tərəfindən tənzimlənməlidir. Tənzimləyici orqanlar rolunda teleradio sahəsində – ictimaiyyətin iştirakı ilə formalaşdırılan müstəqil dövlət qurumu, digər KİV sahəsində – professional təşkilatlar çıxış etməlidir. Beləliklə, real olaraq öz-özünü idarə edən media cəmiyyət qarşısında məsuliyyətini anlayaraq üzərinə könüllü öhdəliklər götürməlidir: qanunları pozmamalı, ictimai maraqları qorumalı, bazar qaydalarına əməl etməli, insan hüquqlarına hörmətlə yanaşmalı, yüksək peşə standartlarına yiyələnməlidir və s.
See also:
İnsanların şüurunda ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətinin cəmiyyətdəki sosial məsələlərə cəlb edilməsinə yönəlmiş, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan qeyri-kommersiya xarakterli məlumat.
S.R.-ın sifarişçiləri dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdir. Belə reklamlar dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz verilir. Qanuna görə, hər reklam yayıcısı reklam üçün ayrılan efir vaxtının, nəşrlərdəki reklam yerlərinin ümumi sahəsinin azı 8%-ni S.R. üçün ayırmağa borcludur. Televiziya və radioda yayımlanan S.R.-ın müddəti reklam üçün ayrılan ümumi efir vaxtına daxil edilmir.
See also:
Jurnalistika terminləri lüğəti1. Ümumən cəmiyyət və ya onun müəyyən hissəsi üçün aktual və zəruri olan ictimai tələbat.
KİV auditoriyalarını genişləndirmək üçün bu tələbatı ödəməyə, əhalini daha çox maraqlandıran mövzulara, verilişlərə üstünlük verməyə çalışır. Media S.S.-i yerinə yetirməklə yanaşı, həm də onun formalaşdırılmasında mühüm rol oynayır.
2. Dövlət orqanının məqsədli sosial proqramları həyata keçirmək üçün büdcədən maliyyələşdirilməklə qeyri-hökumət təşkilatlarına, o cümlədən kütləvi informasiya vasitələrinə verdiyi sifariş.
Belə sifarişlər əhalinin maarifləndirilməsinə, yeni ideya və texnologiyaların təbliğinə və s. məqsədlərə xidmət edə bilər.
See also:
Jurnalistika terminləri lüğəti