Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

rabitə peyki

Kosmik rabitə stansiyası.

R.P. gözlə görmə dairəsindən kənar yerüstü ötü­rücü və qəbuledici stansiyalar arasında əla­qəni təmin edən, o cümlədən aktiv və ya passiv retranslyator rolunu oynayan çox­funksiyalı fəza aparatıdır.

Jurnalistika terminləri lüğəti

radio jurnalistikası

1. Jurnalistikada radionun ifadə vasitələrinə (söz, musiqi, səs) və radio yayımının texniki imkanlarına əsaslanan fəaliyyət sahəsi.

2. Radio proq­ramları və verilişlərinin, habelə radionun özünəməxsus ifadə vasitələrinin məcmu­su.

R.J. jurnalistikanın digər sahə­lərin­dən, xüsusilə çap mediasından fərqli spesifik xüsusiyyətlərə malikdir: yüksək dərəcədə operativlik, auditoriyaya geniş emosional təsir imkanları, informasiyanın eyni zamanda böyük kütləyə çatdırılma xərclərinin ucuzluğu və s.

See also:

Jurnalistika terminləri lüğəti

radio kanalı

1. Efirdə radio yayımının aparıldığı tezlik zolağı; ötürücüləri son məntəqədəki qəbuledici cihazlarla birləş­dirən texnoloji sistem.

Bu sistemə ­proq­ramın mənbəyi (mikrofon), ötürücü, səs­gücləndirici və nizamlayıcı qurğular, digər texniki vasitələr (qəbuledici anten, səsucaldıcı və s.) daxildir.

 2. Məzmununa, hədəf auditoriyasına və materialların təq­dimat üsuluna görə fərqlənən radio for­matı.

Bu göstəricilər üzrə qruplaşdırılan uşaq kanalları, sürücülər üçün kanallar, musiqi kanalları, informasiya kanalları və s. mövcuddur.

Jurnalistika terminləri lüğəti

radio kompozisiyası

1. Radio jurna­lis­tikasının mürəkkəb, çoxelementli janr­la­rından, ədəbi veriliş formalarından biri.

R.K. müxtəlif sənədli, ədəbi və musiqili materialların ardıcıl düzülərək aparıcı mət­ni ilə birləşdirildiyi veriliş növüdür.

2. Hər hansı ədəbi-bədii əsərin, o cümlədən teatr tamaşasının radio üçün uyğunlaşdırılmış variantı.

R.K.-nın iki növü daha geniş ­ya­yılıb:

a. Şeir və mahnıların, musiqi, nəsr və dramaturgiya əsərlərinin, yaxud onların fraqmentlərinin daxil olduğu ədəbi-mu­si­qili kompozisiyalar.

b. Aktyorların oxu­du­ğu, rol oynadığı ədəbi materialların ori­­­jinal səs sənədlərinə uyğunlaşdırılmış sənədli-bədii kompozisiyalar. R.K.-nın ikinci növü ra­dio­filmə yaxındır.

Jurnalistika terminləri lüğəti

radio mərkəzi

Radio rabitəsi və radio verilişləri üçün texniki vasitələr və tikililər kompleksi.

Təyinatına görə qəbuledici, ­ötü­rücü və qəbuledici-ötürücü R.M.-ləri var. Maneələri azaltmaq üçün belə mər­kəzlər bir-birindən və sənaye müəs­sisə­lə­rindən uzaqda yerləşdirilir.

Jurnalistika terminləri lüğəti

radio rejissoru

Ssenaridə əks olunmuş ideyanı radionun ifadə vasitələri ilə real­laşdıran, kağız üzərində təsvir olunmuş hadisələri, ədəbi-bədii əsərləri radioda səhnələşdirən yaradıcı şəxs.

See also:

Jurnalistika terminləri lüğəti

radio səsləşməsi

Radio jurnalistikasında iki və daha çox jurnalistin eyni vaxtda müx­təlif məkanlardan efirə çıxmasını nəzərdə tutan veriliş formatı.

R.S.-ndən informa­siya proqramlarında mövzusuna, digər əla­mət­lərinə görə uyğun gələn materialların, eyni məsələ barədə rəylərin yanaşı və ya mü­qayisəli şəkildə verilməsi lazım ol­duq­da, yaxud yüksək səviyyədə operativliyi təmin etmək məqsədilə istifadə edilir.

Jurnalistika terminləri lüğəti

radio teatrı

Ədəbi-bədii əsərlərin radionun ifadə vasitələri ilə səhnə­ləş­diril­mə­sindən, pyeslərin, musiqili tamaşaların radio ilə səsləndirilmək üçün işlən­məsin­dən ibarət sənət sahəsi.

R.T., əsasən, üç istiqamətdə inkişaf edir:

1. Ədəbi və mu­siqili əsərlərin radio üçün səhnələş­diril­məsi.

2. Teatr tamaşalarının translyasiyası.

3. Xüsusi olaraq radio üçün yazılmış orijinal  pyeslərin səsləndirilməsi.

Jurnalistika terminləri lüğəti