Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ictimai təsir

Sosial qrupların, ictimai insti­tutların həyata keçirdiyi hüquqi tərbiyə, xəbərdarlıq tədbirləri kompleksi.

İ.T. – ictimai rəyə, ictimaiyyətin təşkilati və tər­biyəvi iş sisteminə əsaslanır. Belə tədbirlər şəxslərin davranışının ziyanlı və xeyirli tə­rəflərini onlara izah etməkdən, müəyyən hərəkətlərə kollektivin adından münasibət bildirməkdən, qaydanı pozanlar üzərində ictimai nəzarəti artırmaqdan və s.-dən iba­rətdir. İ.T. iclaslarda müzakirələr, mət­bu­atda çı­xışlar, tənqid, hamilik kimi üsullarla həyata keçirilir.

Jurnalistika terminləri lüğəti

ictimai yayım prinsipləri

İctimai yayım xidmətinin mahiyyətindən irəli gələn əsas qaydaların məcmusu.

Azərbaycan qa­nunvericiliyinə görə, ictimai yayımın doq­quz başlıca prinsipi var: müstəqillik; in­­­­­for­­masiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü; plüralizm və dözümlülük; açıq siyasi maraqlardan uzaqlaşma; ümumi maraqların uzlaşdırılması və təmin edilməsi; milli özünüdərkin inkişaf etdi­ril­məsi; universallıq; rəngarənglik; başqa­la­rından fərqlənmə.

See also:

Jurnalistika terminləri lüğəti

ictimai yayım şurası

İctimai yayımçının səlahiyyətlərini həyata keçirən, onun proq­ramlarının qanunda göstərilən meyarlara, peşə və texniki standartlara uyğun ha­zır­lanmasına nəzarət edən orqan.

İ.Y.Ş. ­ic­timai yayımçının nizamnaməsini, əsas­na­məsini, proqram strategiyası və siyasətini, vəzifə təlimatları və tənzimləyici nor­ma­larını, büdcəsini və illik hesabatını təs­diq edir, rəhbərlərini seçir, texniki ava­­danlığın və yayımın keyfiyyət standart­larını mü­əyyənləşdirir, verilişlərin monitorinqini keçirir və s. Şura öz fəaliyyəti barədə hər ilin sonunda ictimaiyyətə hesabat verir. İ.Y.Ş.-nın üzvləri Elmlər Akademiyası, Mət­buat Şurası, Sahibkarlar Şurası, gənclər ­təş­kilatları, qadın cəmiyyətləri, idman fe­de­rasiyaları, dini konfessiyalar və yara­dı­cılıq təşkilatları nümayəndələri arasından parlament tərəfindən seçilir.

See also:

Jurnalistika terminləri lüğəti

ictimai yayımçı

İctimai yayımı kənar mü­daxilə olmadan müstəqil surətdə həyata keçirən teleradio şirkəti.

İ.Y. verilişlərinin forma və məzmununu özü müəyyən edir, əmlakı üzərində sahiblik, istifadə və sə­rən­cam hüququna malikdir.

See also:

Jurnalistika terminləri lüğəti

ideoloji funksiya

Medianın ictimai şüurda müəyyən dəyərlər və düşüncələr sistemi formalaşdırmaqdan ibarət olan fəa­liy­yəti, jurnalistikanın funksiyalarından biri.

Media insanın təfəkküründə kon­kret stereotiplər yaratmaqla onun dav­ranışını proqramlaşdırır. Jurnalistika ictimai rəyə təsir edə, toplumu isti­qa­mətləndirə bilir. Buna görə də ideoloji sis­temlər öz KİV-ini yaratmağa və ya media orqan­la­rın­dan təb­liğat məqsədilə fəal istifadə et­mə­yə ça­lışır. Lakin vahid ideologiyaya xid­­mət etmək medianın obyektivliyi, jur­nalis­ti­ka­nın tərəfsizliyi prinsiplərinə xələl gətirir. Totalitar cə­miy­yətlərdə, avtoritar rejimlərdə KİV-in bu funksiyası xüsusilə qabarıq nə­zərə çarpır.

See also:

Jurnalistika terminləri lüğəti