Yerin bərk, xarici qatı, litosferin mantiya üzərində yerləşən hissəsi.
Y.Q.-nın qalınlığı ovalıqlarda 30-40 km, uca dağlıq sahələrdə 50-80 km, okean çökəkliklərində 5-10 km təşkil edir. İki tip Y.Q. mövcuddur: materik və okean tipi. Materik tipli Y.Q. 3 süxur qatından (çökmə, qranit və bazalt), okean tipli Y.Q. isə yalnız çökmə və bazalt süxur qatlarından ibarətdir. Y.Q.-nın təxminən 97%-i 8 elementdən ibarətdir: bunun 75%-ni oksigen və silisium, qalanını, əsasən, metallar təşkil edir. Bütünlükdə isə Y.Q.-nın kütləsi Yerin ümumi kütləsinin 0,5%-indən azdır.
See also:
Coğrafiya terminləri lüğəti