Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

çökmə süxurlar

Su hövzələrinin dibində, quru səthində yığılan cisim və maye hissəciklərindən, orqanizm qalıqlarının çürümə məhsullarından, həmçinin buzlaqların fəaliyyəti nəticəsində toplanan qırıntılardan əmələ gəlmiş süxurlar.

Çökmə prosesi mexaniki (ağırlıq qüvvəsinin təsiri ilə), kimyəvi (mübadilə reaksiyaları zamanı) və biogen üsullarla (orqanizmlərin həyat fəaliyyətinin nəticəsində) baş verə bilər. Əmələgəlmə üsullarından asılı olaraq Ç.S. qırıntı, kimyəviüzvi Ç.S.-a ayrılır. Yer səthinin dörddə üçü Ç.S.-la örtülüdür. Faydalı qazıntıların əksəriyyəti (kömür, neft, müxtəlif duzlar, tikinti materialları və s.) Ç.S.-dan hasil edilir. Ç.S.-ın öyrənilməsi ilə litologiya elmi məşğul olur.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti