Urartuluların və Göyçə, Van, Urmiya gölləri arasındakı ərazidə, eləcə də Anadolu yaylasında yerləşmiş qədim Urartu dövlətinin dili.
Bu dildə yazılı abidələr e.ə. IX–VI əsrlərə aid edilir. U.D. (xald, biayn dili də adlanır) hürri-Urartu dilləri qrupuna daxildir. Hazırda o, ölü dil sayılır. U.D.-ndə yazılı mətnlərdə Akkad mixi əlifbasının sadələşdirilmiş formasından istifadə edilib, bəsit qrafik sistem mövcud epiqrafik abidələrdə yalnız 4 sait və 17 samit müəyyənləşdirməyə imkan verib. Lakin bu əlifbanın U.D.-ndəki bütün səsləri əks etdirmədiyi ehtimal olunur. Bizə gəlib çatmış kitabələr əsasında U.D.-ndə 400-ə yaxın sözün mənası dəqiqləşdirilib. Onların arasında xeyli sayda Ön Asiya, Qafqaz və İran dillərindən alınma sözlər var.
See also:
Tarix terminləri lüğəti