ər. – yazı, məktub
Düzbucaqlı və ya fiqurlu lövhə üzərində ərəb hərfləri ilə həkk olunmuş yazı, epiqrafik ornament növü.
K.-dən, bir qayda olaraq, memarlıq abidələri və təsviri sənət əsərlərinin üzərində dekor kimi istifadə edilib. Burada abidənin hansı münasibətlə, kimin göstərişi ilə və nə vaxt yaradıldığı, eləcə də sənətkarın adı qeyd olunub. K.-lər oyma (daş, mərmər, kaşı üzərində), qabartma (metal üzərində) və kaşıdan kəsmə üsulları ilə işlənib. Avropa ədəbiyyatında K.-ləri bəzən “səlcuq zənciri” də adlandırırlar.
Tarix terminləri lüğəti