Canlı ünsiyyət vasitəsi kimi istifadə olunmayan və yalnız yazılı abidələrdə qorunub saxlanan dillər.
Bəzi hallarda Ö.D. yazılı formada müəyyən elm, din və mədəniyyət sahələrində istifadə edilir; məs.: latın dili hələ IV əsrdən canlı ünsiyyət vasitəsi funksiyasını itirib, buna baxmayaraq, orta əsrlərdə elm, din və mədəniyyət dili olaraq qalıb. Bir çox Ö.D. (şumer, elam, xett, hürri, etrusk və s.) qədim dövr tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin dillərdə olan mətnlərin oxunması tarix elmini yeni faktlar və məlumatlarla zənginləşdirir.
Tarix terminləri lüğəti