Şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanan reklam.
S.R.-nda yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, habelə əmtəə nişanı, firmanın loqosu təqdim oluna bilər. Televiziya və radioda verilən S.R.-nda bu məlumatların ümumi həcmi hər bir proqramda (verilişdə) qanunla müəyyənləşdirilmiş həddi ötməməlidir. Belə reklamlarda «sponsor» sözünün başqa anlayışlarla əvəz olunmasına yol verilmir.
Jurnalistika terminləri lüğəti