Cümlənin üzvlərini, tipini və quruluşunu müəyyənləşdirmə baxımından təhlili.
Sadə cümlənin təhlili zamanı onun məqsəd və intonasiyaya görə növü, baş və ikincidərəcəli üzvlərin iştirakına görə növü müəyyənləşdirilir, cümlənin qrammatik əsası və ikincidərəcəli üzvləri, onların morfoloji ifadəsi göstərilir. Mürəkkəb cümlənin təhlili zamanı onun növü (tabeli, tabesiz), komponentlərinin əlaqələnmə vasitəsi müəyyənləşdirilir. Tabesiz mürəkkəb cümlələrin komponentləri arasında məna əlaqələri qeyd olunur. Tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələr, budaq cümlənin hansı suala cavab verdiyi göstərilir.
See also:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti