Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

şayiə

Mənbəyi məlum olmayan, təs­diqlən­məmiş, lakin fəal şəkildə yayılan ­xə­­bər.

İctimai rəydəki təsəvvürlərə, ­cə­miy­yətdəki stereotiplərə uyğun gələn Ş.-lər daha sürətlə genişlənir, sosial şə­bə­kələrdə müzakirəyə çıxarılır, bəzən KİV-ə də yol tapır. Ş.-lərin yaranmasının başlıca səbəbi mövzuya olan maraq, rəsmi mən­bələrin susqunluğu, yaxud onlara inamın aşağı səviyyədə olmasıdır. Bununla belə, hətta real əsası olan Ş.-lərdən də istifadə zamanı KİV-dən böyük ehtiyat nümayiş etdirmək tələb olunur. Çünki Ş.-lər qeyri-rəsmi kanallarla ötürüldükcə dəyişikliyə uğrayır, əlavə detallarla zənginləşir. Azər­baycanın media qanunvericiliyində mötə­bər mənbə adı altında vətəndaşların şərəfləyaqətini alçaldan Ş.-lərin yayılmasına gö­rə məsuliyyət nəzərdə tutulur.

Jurnalistika terminləri lüğəti