yun. kainos – yeni + yun. zoo – həyat, canlı
Yerin geoloji inkişaf tarixində axırıncı era.
K. Fanerozoy eonunun üçüncü erasıdır və öz növbəsində üç dövrə (Paleogen, Neogen və Dördüncü) bölünür. Bu era 67-65 milyon il əvvəl başlayıb və hazırda davam edir. Eranın əvvəlində planetin nəhəng heyvanları kütləvi şəkildə məhv olub, Yerin müasir geoloji strukturu formalaşmağa başlayıb, iqlim nisbətən soyuyub, fauna aləmində məməlilər hakim mövqe tutub, örtülütoxumlu bitkilər yayılıb, nəhayət, insanabənzər meymunlar, sonra isə ilk insan yaranıb. K. terminini elmə 1861-ci ildə ingilis geoloqu Con Fillips daxil edib.
Coğrafiya terminləri lüğəti