Marksizm təlimində ictimai təkamülün müəyyən mərhələsini ifadə edən tarixi kateqoriya.
Marksizmdə tarix keyfiyyətcə səciyyələndirilə və digərlərindən fərqləndirilə bilən “mərhələlərin” – İ-İ.F.-ların mütərəqqi qaydada bir-birini əvəzləməsi şəklində təsvir edilir. Tarixi proses beş İ-İ.F.-nın ardıcıl dəyişikliyi kimi təqdim olunur: ibtidai icma quruluşu, quldarlıq, feodalizm, kapitalizm və kommunizm. Bəzi digər dövlətləri çıxmaq şərti ilə dünya tarixşünaslığında tarixin dövrlərə bölünməsinin “formasiya” konsepsiyasından artıq imtina edilib.
Tarix terminləri lüğəti