Reklam
Reklam

Tarix terminləri lüğəti

marksizm

Əsası Karl Marks (1818–1883) və Fridrix Engels (1820–1895) tərəfindən qoyulmuş fəlsəfi, iqtisadi və siyasi təlim.

Bu təlimin yaradıcıları onu ilkin olaraq “elmi sosializm” adlandırıblar. Alman klassik fəlsəfəsi (Hegel, Feyerbax və b.), ingilis siyasi-iqtisadi (Smit, Rikardo və b.) və fransız utopik sosializmi (Sen-Simon, Furye və b.) M.-in əsasları sayılır. Tarixi prosesləri təhlil edən M. baniləri kapitalist sisteminin dağılacağı və onun sosializm cəmiyyəti ilə əvəzlənəcəyi qənaətinə gəliblər. M. XIX əsrin sonu – XX əsrin əvvəlində kütləvi sosial-demokrat hərəkatının ideoloji bazasını təşkil edib. Daha sonra həmin təlim leninizmə transformasiya olunaraq doqmatik forma alıb, SSRİ və digər sosialist ölkələrində totalitar kommunist rejimlərinin ideoloji xidmətçisinə çevrilib. XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində SSRİ və digər sosialist ölkələrinin əksəriyyətində kommunist rejimlərinin süqutu M.-in iflasını şərtləndirib.

Tarix terminləri lüğəti