Reklam
Reklam

Tarix terminləri lüğəti

hərbi kommunizm siyasəti

Bolşeviklərin 1918–1920-ci illərdə vətəndaş müharibəsi dövründə həyata keçirdikləri iqtisadi siyasət.

İqtisadiyyatın idarə olunmasının ifrat dərəcədə mərkəzləşdirilməsi, təkcə iri və orta deyil, həm də kiçik sənaye müəssisələrinin milliləşdirilməsi, əksər kənd təsərrüfatı məhsulları üzərində dövlət inhisarı, ərzaq sapalağı, özəl ticarətin yasaqlanması, əmtəə-pul münasibətlərinin minimuma endirilməsi, maddi sərvətlərin bölgüsündə bərabərçilik, əməyin hərbiləşdirilməsi H.K.S.-nin ən səciyyəvi xüsusiyyətləri sayılır. Tarixşünaslıqda bu siyasətə münasibət fərqlidir. Bəzi tədqiqatçılar onu inzibati-amirlik metodları ilə “kommunizmin tətbiqi” cəhdi, digərləri isə vətəndaş müharibəsinin reallıqlarından irəli gələn zərurət kimi qiymətləndirirlər. 1921-ci ilin martında hökumət H.K.S.-ndən imtina və yeni iqtisadi siyasətə (NEP) keçid haqqında qərar qəbul edib.

Tarix terminləri lüğəti