Reklam
Reklam

Tarix terminləri lüğəti

milliləşdirmə

Xüsusi mülkiyyətdə olan torpağın, bankların, nəqliyyatın və sənaye müəssisələrinin, digər əmlakın dövlət mülkiyyətinə verilməsi.

M. əvəzi ödənilmədən – ekspropriasiya (müsadirə) yolu ilə, eləcə də tam və ya qismən dəyəri ödənilməklə (rekvizisiya) həyata keçirilə bilər. 1917-ci ilin oktyabr çevrilişindən sonra bolşeviklər ölkə ərazisindəki bütün xüsusi mülkiyyəti ekspropriasiya yolu ilə milliləşdiriblər. Bu üsulla M. kommunist rejimləri üçün səciyyəvi sayılır. Dünya praktikasında isə rekvizisiya yolu ilə M. daha geniş yayılıb.

Tarix terminləri lüğəti