Reklam
Reklam

Tarix terminləri lüğəti

yeni iqtisadi siyasət

rus. Новая Экономическая ПолитикаНЭП

Bolşeviklərin Rusiya iqtisadiyyatını tam iflasdan xilas etmək məqsədilə həyata keçirdikləri siyasət.

Hərbi kommunizm siyasətini əvəzləyən Y.İ.S.-in proqramı 1921-ci ilin martında qəbul edilib. Onun mahiyyəti xüsusi sahibkarlığın üzərinə qoyulmuş qadağanın müvəqqəti aradan qaldırılmasında olub. Milliləşdirilmiş xırda sənaye müəssisələrinin bir hissəsi əvvəlki sahiblərinə qaytarılıb, xüsusi ticarətə icazə verilib. Bu isə əmtəə dövriyyəsinin canlanmasına və əhalinin sənaye mallarına olan tələbatının ödənilməsinə şərait yaradıb. Kənd təsərrüfatında ərzaq sapalağıərzaq vergisi əvəzləyib, kəndli istehsal etdiyi məhsulun artığının sahibi olub və onu bazarda satmaq imkanı qazanıb. Y.İ.S. bolşeviklərə iqtisadiyyatı dirçəltmək və hakimiyyətdə möhkəmlənmək imkanı verib. Bu siyasətin son qalıqları 1929-cu ildə İ.Stalin tərəfindən ləğv edilib.

Tarix terminləri lüğəti