yun. aero – hava + yun. therme – isti + lat. gradientis – addımlayan
Atmosfer qatlarında şaquli istiqamətdə vahid məsafədə temperaturun dərəcələrlə dəyişməsi.
Atmosferin ən aşağı qatı olan troposferdə şaquli istiqamətdə hər 100 m-də temperatur orta hesabla 0,6 °C azalır. Nəticədə dağların zirvəsində daimi qar örtüyü və buzlaqlar formalaşır. Lakin bu qanunauyğunluq atmosferin bəzi qatlarında pozulur: yüksəkliyə qalxdıqca temperatur artır və beləliklə, temperatur inversiyası hadisəsi baş verir. Temperaturun şaquli istiqamətdə azalması yalnız troposfer və mezosfer qatları üçün səciyyəvidir. Digər 3 qatda isə (stratosfer, termosfer və ekzosfer) yüksəklik artdıqca, temperatur da artır.
See also:
Coğrafiya terminləri lüğəti