1. Can vermək, diriltmək; ayıltmaq, özünə gətirmək. □ Huşunu itirmiş adamı canlandırmaq. Bu düşüncələr onu canlandırırdı.
2. Məcazi mənada: yeni həyat vermək, dirçəltmək, şənləndirmək; canlı göstərmək. □ Dəmir yol ucqar yerləri canlandırdı.
3. Məcazi mənada: unudulub getmiş, yox olmuş bir şeyi hafizədə bərpa etmək, yada salmaq, onun haqqında aydın təsəvvür yaratmaq. □ ...Şairin şüuru ... o qorxunc mənzərələri yenidən canlandırır... (Ə.Məmmədxanlı).
4. Məcazi mənada: gücləndirmək, fəaliyyətini daha da artırmaq. □ Kənddə ticarəti canlandırmaq. İşləri canlandırmaq lazımdır.
5. Şənləndirmək, hərəkətə gətirmək. □ Qəhrəman sakit olmuş məclisi canlandırdı. (Ə.Vəliyev).
See also:
1. Dirilmək, dirçəlmək; özünə gəlmək, ayılmaq. □ Canlanır yenidən sönən bir həyat; Nə gözəl yaraşır sizə ağ xalat! (S.Vurğun).
2. Məcazi mənada: daha fəal, daha sürətli, daha canlı getmək, fəallaşmaq. □ Şirzad katibin gəlməsilə işlərin canlanacağını güman edib sevinirdi. (M.İbrahimov).
3. Məcazi mənada: hafizədə, xəyalda bərpa olmaq, təcəssüm etmək, yada düşmək; canlı bir şey kim görünmək. □ Yeddi il əvvəl... keçirdiyim saatlar tamamilə xəyalımda canlanmışdı. (S.Hüseyn).
4. Məcazi mənada: oyanmaq, dirçəlmək, cana gəlmək. □ Qış qurtarır, yer canlanır; Baharın xoş nəfəsilə. (B.Vahabzadə).
See also:
1. Can vermək, diriltmək; ayıltmaq, özünə gətirmək.
2. Məcazi mənada: yeni həyat vermək, dirçəltmək, şənləndirmək; canlı göstərmək.
3. Məcazi mənada: unudulub getmiş, yox olmuş bir şeyi hafizədə bərpa etmək, yada salmaq, onun haqqında aydın təsəvvür yaratmaq.
4. Məcazi mənada: gücləndirmək, fəaliyyətini daha da artırmaq.
5. Şənləndirmək, hərəkətə gətirmək.
1. Diri, sağ, yaşayan (ölü ziddi); qurumamış, solmamış, tər. □ Canlı orqanizm. Canlı hüceyrə. Canlı çiçəklər. Canlı ağac.
2. Məcazi mənada: əbədi, daimi, ölməz. □ Canlı obraz.
3. İnsanlar, heyvanlar və bitkilər aləminə mənsub olan; orqanik, üzvi. □ Canlı təbiət. Canlı materiya. Canlı aləm. Canlı qüvvələr.
4. İri, yekə, zorba, möhkəm, qüvvətli. □ Kabab qanlı, igid canlı. (Atalar sözü).
5. Məcazi mənada: fəal, qızğın, coşqun, işgüzar. □ Canlı söhbət başlandı. Məşğələ çox canlı keçdi.
6. Məcazi mənada: canlılıq, həyat, maraq ifadə edən; ifadəli. □ Canlı gözlər. Canlı baxış. Canlı sifət.
7. Məcazi mənada: güclü, parlaq. □ Canlı üslub. Canlı boyalar. Canlı təxəyyül.
8. Diribaş, hərəkətli, çevik, qıvraq. □ Canlı uşaq.
9. Televiziya və ya radio proqramının videoyazı ilə deyil, birbaşa verilməsi. □ Canlı efir, canlı veriliş.
10. İsim kimi: insanlara, heyvanlara və bitkilərə verilən ad. □ Bu kəndə getsən, ancaq arvad, uşaq və qoca kişilərdən başqa bir canlı görməzsən. (Ə.Haqverdiyev).
See also: