1. Keçmiş geoloji dövrlərdən müasir dövrədək çox az sayda nüsxələri qalmış, aşkar edilənədək məhv olmuş sayılan canlı orqanizmlər.
Məsələn, kökü kəsilmiş hesab edilən qədim latimeriyalar ailəsinə mənsub, yalnız XX əsrin son illərində Sulavesi (İndoneziya) adası yaxınlığında aşkar olunmuş Latimeriya menadoensis balığı.
2. Çox uzun tarixi dövr ərzində nəzərəçarpacaq dəyişikliklərə məruz qalmamış canlı orqanizm növü.
Məsələn, təxminən 380 milyon il dəyişməz qalmış Linqula onurğasız dəniz heyvanı.
Coğrafiya terminləri lüğəti