mürəkkəb adların tərkibində işlənən el və fars. tac sözlərinin birləşməsindən yaranmışdır. Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Eltac (bax: EL; TAC) kişi adı el arasında sayılıb-seçilən, çox yüksəkdə tutulan nüfuzlu şəxs, elin sevimlisi mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən tayfa birliyi, xalq, dövlət və ölkə anlamında (qədim türk dilində) işlənmiş el sözü və vaxtilə türklərdə xan ailəsinin kiçik üzvlərinin adına birləşdirilən tagin/takin titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Eltəkin (bax: EL; TƏKİN) kişi adı öz elinin şahzadəsi, elin təki anlamlarını ifadə edir.
Bir çox lüğətlərdə el kimi, elə bənzəyən mənası olduğu da göstərilmişdir. Bu, yəqin ki, Eltəkin şəxs adındakı takin komponentinin kimi mənasında izah edilməsiylə əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən el və tan sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Eltən (bax: EL; TƏN) kişi adı elin adət və ənənələrinə uyğun hərəkət edən, öz elinə, yurduna layiq olan, elə bərabər, tən olan, elinə uyğun olan anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən el və var (var olmaq) sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elvar (bax: EL) kişi adı elin var olması, elin məskən salması anlamlarını ifadə edir. Bu cəhəti nəzərə alıb Elvar kişi adının elin, camaatın məskən salması, bir yerdə məsunlaşması ilə əlaqədar olması qənaətinə gəlmək olar.
Mənbələrdə Elvar oronimi ilə də əlaqələndirilir. Məlum olduğu kimi, Azərbaycanın Göygöl bölgəsində Elvar dağı vardır. Toponimlərlə bağlı izahlı lüğətlərdə də əvvəllər yaylaq yeri olmuş Elvar toponiminin el-obanın məskəni, elin cəm olduğu yer mənasında olduğu ilə əlaqədar fikirlərə rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiElvin kişi adı yəhudi, ingilis, Azərbaycan, eston və s. dillərdə mövcuddur. Elvin kişi adı dilimizdə hörmətli dost mənasını ifadə edir.
Avropa mənşəli ad olsa da, dilimizə ris dili vasitəsilə keçmişdir. Məişətimizə XX əsrin 70-ci illərindən daxil olmuş Elvin kişi adı bu gün də dəbdən düşməmişdir desək, yəqin ki, yanılmarıq.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən el və fars. yar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elyar (bax: EL; YAR) kişi adı hər zaman, hər an elini düşünən, elin dostu, elin sevimlisi mənasındadır.
XX əsrin ortalarından adın məişətimizdə geniş yayılmasında Xalq Şairi Səməd Vurğunun “Aygün” əsərində yaratdığı səmimi, humanist Elyar surətinin də özünəməxsus rolu olmuşdur. XX əsrdə məişətimizdə geniş yayılmış Elyar kişi adı bu gün müşahidəediləcək dərəcədə azalmışdır desək, yəqin ki, yanılmarıq.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən el və yaz sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Elyaz (bax: EL; YAZ) adı dünyaya gəlişi ilə elə, ailəyə sanki bahar, yaz gətirmə anlamını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən el və fars. zar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elzar (bax: EL; ZAR) kişi adı elin əfqanı, ahı, camaatın, elin təngə gəlməsi, zara gəlməsi anlamındadır. Adın təhrif olunmuş forması Ehzar da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti