Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

TAC

fars. tac sözü dilimizə tərcümədə hökmdarlıq rəmzi olaraq padşahların başlarına qoyduqları qızıl və qiymətli daş-qaşlarla bəzənmiş papaq deməkdir. Müasir Azərbaycan dilində tac sözü həm də Günəşin, Ayın və ya parlaq ulduzların ətrafında görünən parlaq işıq dairəsi, halə anlamlarını da ifadə edir.

Dilimizdə ümumişlək sözlər sırasında olan tac sözünun məcazi mənaları da mövcuddur. Tac sözünün padşahlıq hakimiyyəti, son zirvə, ən yüksək, ən sevimli, ən dəyərli, həmçinin ən qiymətli adam və s. kimi məcazi mənaları da məlumdur. Tac Azərbaycan şəxs adları sistemində müstəqil ad kimi mövcud olmasa da, bir sıra mürəkkəb adların tərkibində komponent olaraq mövcuddur. Məsələn, Aytac, Gültac, Tacəddin və s. Bu qəbildən olan şəxs adlarında tac sözü, əsasən, ən yüksəkdə olan, ən zirvədə olan mənalarını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti