mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və fars. yar sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ağayar (bax: ad – AĞA; YAR) kişi adı ağaya (burada Tanrıya, müqəddəslərə) yardımçı olmasına görə bir tərəfdən dua, bir tərəfdən isə alqış ifadə edən adlardandır. Ağa (Tanrı) bizə yar olsun, bütün gələcək həyatında Allah sənə yar olsun mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Yunus adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Ağayunus (bax: ad – AĞA; YUNUS) kişi adı Yunus Peyğəmbərin adı ilə bağlıdır. Adın təhrif olunmuş forması Ağayunis sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Yusif adının birləşməsindən əmələ gəlmiş addır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Ağayusif (bax: ad – AĞA; YUSİF) kişi adı Yusif Peyğəmbərlə bağlı şəxs adıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Zaman adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ağazaman (bax: ad – AĞA; ZAMAN) kişi adı öz zamanının ağası olan anlamına gəlir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ağazaman bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Zeynal adının birləşməsindən əmələ gəlmiş addır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Ağazeynal (bax: ad – AĞA; ZEYNAL) kişi adı şiəlikdə IV imamın ləqəbi ilə bağlıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaxund sözündəndir. Axund sözü dilimizdə əsasən iki mənada işlənir: 1. İslamda dini rütbə. 2. Xüsusi ruhani təhsil görmüş din xadimi.
Məlum olduğu kimi, axund müsəlmanların baş ruhanilərinə verilən tituldur. Bəzi mənbələrdə Axund adı barədə bəhs olunarkən bu şəxs adının türk mənş. ağa (rəhbər, başçı) və fars mənş. xudavand (Allah, Tanrı) sözlərinin birləşməsi yolu ilə yaranması barədə fikirlərə rast gəlinir. S.L.Zеlinskiy 1889-cu ildə yazdığı “Объяснительный словарь татарских, грузинских и армянских слов” (“Tatar, gürcü və erməni sözlərinin izah- lı lüğəti”) adlı izahlı lüğətdə müəyyən mülahizələr əsasında müsəlman dini ilə bağlı alimləri iki katеqoriyaya bölmüşdür: ali katеqoriyaya aid olanlar, aşağı kateqoriyaya aid olanlar. Burada ali kateqoriyaya aid edilmiş alimlər sırasında axundlar da qeyd edilmişdir. Hələ çox erkən zamanlardan axundlar məscidlərə rəhbərlik və imamlıq etməklə yanaşı, həmçinin insanların dini ehtiyaclarını (kəbin kəsmək, talaq vermək, namazlara imamlıq etmək və s.) da təmin etmişlər. Dahi mütəfəkkir Mirzə Fətəli Axundzadə də öz soyadını onu övladlığa qəbul edən, təlim tərbiyə gördüyü Axund Hacı Ələsgərin titulundan götürmüşdür. Özü də tərcümeyihalında göstərirdi ki, bu Axund Hacı Ələsgər böyük fazil bir şəxs olmuşdur. Farsca və ərəbcə kamil məlumatları olmuşdur. Çox güman ki, bu səbəbdən dramaturq komik qəhrəmanlarına axund titulu verməmişdir. Dahi sənətkar son irihəcmli əsəri olan “Kəmalüddövlə məktubları” adlı fəlsəfi traktatında xalqı daim qorxu və əsarətdə saxlayan, bu səbəbdən müxtəlif moizələr oxuyan obraz yaratmaq üçün axund titulundan yalnız bir üslubi vasitə olaraq istifadə etmişdir, yəqin ki, bu da axund titulunun digər dini titullardan üstünlüyü ilə əlaqədardır. XX əsrin otuz-qırxıncı illərinə qədər bu ad uşaqlara çox verilirdi. Sonradan nədənsə valideynlər övladlarına Axund adını verməyə o qədər də maraq göstərmədilər. Bəlkə də bu, mövcud siyasi quruluşun irəli sürdüyü ideoloji məsələlərlə əlaqədar olmuşdur. Bu gün Axund Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olub, yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAxund və qədim türk dillərində olduğu kimi, Azərbaycan dilində də mürəkkəb adların tərkibində işlənən Baba adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Axundbaba (bax: ad – AXUND; BABA) kişi adı din xadimləri axundlara ehtiram əlaməti olaraq istifadə olunan müraciət formasından (axund baba) yaranmışdır. Sonradan şəxs adı kimi də rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiakif sözü səylə, həvəslə çalışmaq, özünü bilərəkdən nəyəsə həsr etmək mənasını ifadə edən “akafa” feilindəndir.
Akif kişi adı ibadət edən mömin, zahid, guşənişin, həmçinin tək yaşayan, heç kəsə qaynayıb-qarışmayan, daha dəqiq, öz məqsədi üçün bilərəkdən sevdiyi işə can yandıran mənalarını ifadə edir. Bu gün Akif adı Azərbaycanda yalnız orta və yaşlı nəsil arasında geniş yayılmış adlardandır desək, yəqin ki, səhv etmərik. Adın daşıyıcıları arasında Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) Akif Əkbərov (1952-1991) xalqımızın mübariz oğullarından idi. I Qarabağ müharibəsində düşmənin qəfil hücumuna məruz qalmış dinc əhalini qoruyarkən qəhrəmanlıqla həlak olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiakim sözü Tanrı ucaldar, Allah qaldırar mənasındadır.
Akim kişi adı bir çox lüğətlərdə ərəb mənş. hakim sözü ilə əlaqələndirilir. Mütəfəkkir, çox ağıllı şəxs, müdrik, filosof, təbib anlamlarını ifadə etdiyi barədə şərhlərə də rast gəlinir. Əslində Akim şəxs adı yunanlara yəhudi dilindən keçmə sözlərdəndir. Yəhudilərdə, həmçinin xristianlarda tez-tez rast gəlinən İoakim şəxs adı ilə əlaqədardır. Akim müəyyən lüğətlərdə ərəb dilindən alınma sözlər sırasında qeyd edilir. Ərəb dilinə yunanlardan keçməsi daha inandırıcı görünür. Akim kişi adı Azərbaycanda nadir hallarda rast gəlinən adlardandır. Lakin Akimov soyadının olması dilimizdə bu adın yaxın keçmişə qədər mövcud olmasına dəlalət edir. Dilimizdə Hakim (bax: ad – HAKİM) və Həkim (bax: ad – HƏKİM) şəxs adları, eləcə də Hakimov və Həkimov soyadları ilə yanaşı Akim şəxs adının, Akimov soyadının da mövcud olmasına münasibət birmənalı deyildir. Bu gün Akim adının izahı bir qədər mübahisəli olaraq qalır. Adın daşı- yıcılarından Böyük Vətən müharibəsi iştirakçısı, ictimai xadim, general-mayor Akim Abbasov (1911-1992) müharibədən sonrakı illərdə alay komandiri, diviziya komandirinin müavini və komandiri vəzifələrində işləmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaqibat sözündən olub, dilimizdə son, axır, nəticə mənasındadır.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Aqibət adına orta və yaşlı nəslin nümayəndələri arasında kifayət qədər rast gəlinir. Aqibət antroponimi son, axır, nəticə mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti