ərəb. valid (əslində doğmaq mənasını ifadə edən valyada feilindən) sözündəndir. Valid (bax: ad – VALİD) ata mənasındadır.
Validə isə dünyaya gətirən ana mənasındadır. Valideyn (ana və ata) sözü özündə hər ikisini birləşdirir. Müqəddəs kitab “Quran”da “İbrahim” surəsində ata-ana validəyə kəlməsi ilə ifadə edilmişdir. XX əsrdə məişətimizdə geniş yayılmış Valid kişi adı kimi, Validə qadın adı da XXI əsrdə artıq unudulmaqda olan şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti