bahar sözündən olub, meyvə, məhsul, bar, bəhrə; xeyir, səmərə anlamlarını ifadə edir.
Oğul övlada nəslin davamçısı kimi baxan azərbaycanlı ailələrdə dünyaya göz açmış oğlan övladlara adın verilməsi təbiidir. Bəhər kişi adı xeyir, bəhrə mənasını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətibahlul ayıq, tez başa düşən, təlxək, oyunbaz, hoqqabaz mənasındadır. Bəhlul kişi adı sözün ayıq, dərk edən mənaları ilə əlaqədar olub, çox bilikli anlamlarını ifadə edir.
Lətifə qəhrəmanı Bahlul Dananda (bilici, uzaqgörən) də tez başa düşən, bir qədər də oyunbaz, hazırcavab olmuşdur. Bəzi mənbələr Bəhlul Danəndənin xəlifə HarunərRəşidin qardaşı olduğunu da göstərirlər. Güya müxtəlif səbəblərdən özünü hətta dəliliyə də vurmuşdur. Adın hoqqabaz, oyunbaz mənası da bununla əlaqədardır.
Azərbaycan şəxs adlarının izahlı lüğətibahman (əslində bahman) sözündəndir. Bəhmən yaxşı niyyətli, ağıllı, zəkalı, yalan söyləməyən yardımçı, həmçinin ağıllı dost, tədbirli, zəkalı yoldaş anlamına gəlir.
Farslar Bəhmən adını bəhmən ayının – XI ayın adı ilə əlaqələndirirlər. Bəzi mənbələrdə Bəhmən adının müəyyən zamanlarda ləqəb kimi işləndiyi barədə məlumatlara da rast gəlinir. Miladdan əvvəl 474cü ildə taxta çıxmış İran hökmdarı Ərdəşirin ləqəbi olmuşdur. Dilçilikdə ləqəblərdən yaranan adlar haqqında çox yazılmışdır. Ona görə də inandırıcı görünür. Rəvayətlərdə deyilir ki, babası təbiətindəki böyüklüyü hiss edərək ona bu adı vermişdir. Qeyd etmək lazımdır ki, qədim zərdüştilikdə Bəhmən hirs və qəzəbi söndürmək vəzifəsi daşıyan mələyin adı olmuşdur. Bəhmən həm də İran eposu qəhrəmanlarından İsfəndiyarın oğlunun adındandır. Rüstəm Zalın nəslindən öz atasının intiqamını almışdır. Lakin Bəhmən adının mənası ilə bağlı bir məqam da qeyd edilməlidir. Məlum olduğu kimi, bir sıra xalqlarda ailədə övlad dünyaya gələrkən uşağa doğulduğu ayın adını qoymaq adəti vardır. Şərqdə də belə adət olmuşdur. Farslar, həmçinin azərbaycanlılar da bu adətdən kənarda qalmamışlar. Qədim şəmsi təqviminin birinci ayı (daha dəqiq, yanvarın iyirmi birindən fevralın on doqquzuna qədərki müddət) bəhmən adlanır. Həmin ayda doğulan oğlan uşağına bəzən Bəhmən, bəzən də Bəhmənyar adı qoyurlar. Azərbaycanda bu ad qədim adlardan hesab edilir. Azərbaycan xalq musiqilərindən nikbin ruhlu “Bəhməni” aşıq havası XIX əsrin ortalarında yaşayıbyaratmış şəmkirli Aşıq Bəhmənin adı ilə bağlıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiBahman adı və mürəkkəb adların tərkibində işlənən yar sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Bəhmənyar (bax: ad – BƏHMƏN; YAR) kişi adı doğru danışan dost, yalan danışmayan həmdəm, başa düşən sevgili, anlayan yar, dürüst məşuqə; aldatmayan köməkçi, yalan söyləməyən yardımçı; ağıllı dost, zəkalı yoldaş anlamına gəlir.
Lakin adın bir mənası da bəhmən ayının adı ilə əlaqədardır. Yuxarıda qeyd etdiyimiz kimi, qədim şəmsi təqviminin birinci ayı (miladda 21 yanvardan 19 fevrala qədərki müddəti əhatə edir) da bəhmən adlanır. Həmin ayda doğulan oğlan uşağına bəzən Bəhmən, bəzən də Bəhmənyar adı qoymuşlar. İsfəndiyar kişi adı (bax: ad – İSFƏNDİYAR) da bu minvalla yaranmışdır. Bəhmənyar adını XI əsrdə xalqımızın fəxri, Aristotel fəlsəfi məktəbinin görkəmli davamçısı, Əbu Əli ibnSinanın ən yaxın şagirdi hesab edilən Bəhmənyar şöhrətləndirmişdir. Onun vacib varlıq və ehtimal edilən varlıq barəsində nəzəriyyələri, səbəb və nəticə haqqında təlimi bu gün də öz əhəmiyyətini itirməmişdir. Əsərləri dəfələrlə Moskvada, Leypsiqdə, Tehranda, Bakıda nəşr edilmiş Bəhmənyarın adı elmi, ictumai fikir tariximizdə yalnız Nizami Gəncəvi və Nəsirədddin Tusinin adları ilə yanaşı çəkilə bilər.
Azərbaycan şəxs adlarının izahlı lüğətibahram sözü Avesta abidəsində və qədim farslarda qələbə allahı kimi tanınan Veretraqnanın adı ilə əlaqələndirilir.
Hətta adın Veretraqna®Vərəhran®Bəhran®Bəhram kimi formalaşması da göstərilir. Bəhram adına şifahi və yazılı ədəbiyyatımızda rast gəlinir. Bəhram məişətimizdə çox qədim adlardandır. Qədim İran əfsanələrində BəhramiGur mahir bir ovçu və eyşişrət məclislərini sevən adam kimi təsvir edilir. Lakin bugünkü yazılış formasında heç bir mənası yoxdur. “Bəhram” şəxs adı kimi formalaşana qədər şəkildənşəklə düşmüşdür. Yaşını təyin etmək üçün, hər şeydən əvvəl, bu adı daşıyan məşhur ədəbi qəhrəmanı yada salmaq yerinə düşərdi. Məlum olduğu kimi, Bəhram adına N.Gəncəvinin “Yeddi gözəl” əsərində rast gəlinir. Hökmdar Bəhram əsərin əsas qəhrəmanıdır. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, əsərin qəhrəmanı Bəhram heç də Nizaminin müasirlərindən olmamışdır. Məlum olduğu kimi, Bəhram V əsrdə yaşamış, 420438ci illərdə İranda padşahlıq etmiş hökmdarın adındandır. Sasani hökmdarlarından olub, Yezdəgirdin oğludur. Nizami Gəncəvi əsərdə “Bəhram” sözünü Mərrix (ərəb dilində Mars planetinin adıdır) planetinin adı kimi də işlətmişdir. Qədim astrologiyaya əsasən qan kimi qırmızı görünən Mars erkən dövrlərdə müharibə ilahəsi kimi ilahiləşdirilmişdir. Klassik ədəbiyyatda Bəhram (Mars) fitnəfəsad törədicisi, müharibə, kin və qəzəbin simvolu kimi qəbul edilir. “Yeddi gözəl” əsərində yeddi planetin hərəsinin həftənin bir gününə uyğun gəldiyi, hər günün də öz rənginin olduğunu bilirik. Seşənbə Bəhram ulduzunun günüdür. Qırmızı rəngə uyğunlaşır. Həmin gün Bəhram şah qırmızı geyinib qırmızı günbəzli saraya, slavyan gözəlinin yanına yollanır.
Yuxarıda qeyd etdiyimiz kimi, Bəhram obrazının prototipi tarixi şəxsiyyətdir, Şah Yəzdəgirdin oğludur. Lakin tarixdən o da məlumdur ki, həmin hökmdarın adı əslində Bəhram deyil, V Bərəxran olmuşdur. Bu isə daha qədim Veretraqna adının ixtisara düşmüş, bir qədər dəyişmiş formasıdır. Mənbələrdən məlum olur ki, Veretraqna “Avesta”dan gəlmə addır, iki hissədən ibarətdir: “veretra” – şər qüvvələrin rəmzi və “qna” – “qovan”, “qalib gələn” mənasındadır. Veretraqna sözünün mənasına gəlincə, şər qüvvələrə qalib gələn deməkdir. Sonralar, V əsrdə Fərəhran formasına düşmüşdür. Məlumdur ki, VIIIIX əsrlərdə pəhləvi dilini yeni dil – fars dili əvəz etmişdir. Bununla da minlərlə başqa sözlər kimi, vərəhran sözü də müəyyən dəyişmələrə məruz qalmışdır. Nizami dövründə Fərəhran sözü artıq Bəhrama çevrilmişdi. Çox güman ki, ilkin Veretraqna artıq tamamılə yaddaşlardan silinmişdi. Hər halda Nizami Bəhramı yalnız şəxs və planet adı kimi işlətdiyindən, yəqin ki, bu gün Bəhram bir antroponim olaraq N.Gəncəvinin poemasının qəhrəmanı və Mars ulduzunun farsca adı kimi qəbul edilməlidir. Veretraqna haqqında bəhs edilənlər isə adın mənşəyini, tarixçəsini başa düşmək məqsədi daşıyır. Rəvayətlərdə Bəhramın həm də şair, farslarda ilk şeir söyləyən olduğu qeyd edilir. Müasir fars dilində Bəhram Mars (Mərrix) planeti ilə əlaqələndirilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətibehruz xoşbəxt, bəxtəvər, bəxtiyar deməkdir.
Bəhruz şəxs adı Azərbaycanda XX əsrin 90cı illərinə qədər məişətimizdə geniş yayılsa da, bu gün artıq unudulmaqda olan şəxs adlarındandır. Adın daşıyıcılarından biri də Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrını formalaşdıran rəssam Bəhruz Kəngərli (18921922) olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətibaxçiç sözündən olub, bağışlanmış (əşya), pay anlamlarını ifadə edir.
Azərbaycan antroponimikasında dünyaya gələn uşağın Allah tərəfindən ailəyə bəxşiş olaraq göndərilməsinə inam ilə əlaqədar kifayət qədər şəxs adı mövcuddur. Bəxşiş kişi adı bu qəbildən olan antroponimlər sırasındadır. Adın təhrif olunmuş formaları Bəxşayiş, Baxşeyiş, Bəxşeyiş də sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti