baxçiç sözündən olub, bağışlanmış (əşya), pay anlamlarını ifadə edir.
Azərbaycan antroponimikasında dünyaya gələn uşağın Allah tərəfindən ailəyə bəxşiş olaraq göndərilməsinə inam ilə əlaqədar kifayət qədər şəxs adı mövcuddur. Bəxşiş kişi adı bu qəbildən olan antroponimlər sırasındadır. Adın təhrif olunmuş formaları Bəxşayiş, Baxşeyiş, Bəxşeyiş də sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti