Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏHMƏN fars.

bahman (əslində bahman) sözündəndir. Bəhmən yaxşı niyyətli, ağıllı, zəkalı, yalan söyləməyən yardımçı, həmçinin ağıllı dost, tədbirli, zəkalı yoldaş anlamına gəlir.

Farslar Bəhmən adını bəhmən ayının – XI ayın adı ilə əlaqələndirirlər. Bəzi mənbələrdə Bəhmən adının müəyyən zamanlarda ləqəb kimi işləndiyi barədə məlumatlara da rast gəlinir. Miladdan əvvəl 474cü ildə taxta çıxmış İran hökmdarı Ərdəşirin ləqəbi olmuşdur. Dilçilikdə ləqəblərdən yaranan adlar haqqında çox yazılmışdır. Ona görə də inandırıcı görünür. Rəvayətlərdə deyilir ki, babası təbiətindəki böyüklüyü hiss edərək ona bu adı vermişdir. Qeyd etmək lazımdır ki, qədim zərdüştilikdə Bəhmən hirs və qəzəbi söndürmək vəzifəsi daşıyan mələyin adı olmuşdur. Bəhmən həm də İran eposu qəhrəmanlarından İsfəndiyarın oğlunun adındandır. Rüstəm Zalın nəslindən öz atasının intiqamını almışdır. Lakin Bəhmən adının mənası ilə bağlı bir məqam da qeyd edilməlidir. Məlum olduğu kimi, bir sıra xalqlarda ailədə övlad dünyaya gələrkən uşağa doğulduğu ayın adını qoymaq adəti vardır. Şərqdə də belə adət olmuşdur. Farslar, həmçinin azərbaycanlılar da bu adətdən kənarda qalmamışlar. Qədim şəmsi təqviminin birinci ayı (daha dəqiq, yanvarın iyirmi birindən fevralın on doqquzuna qədərki müddət) bəhmən adlanır. Həmin ayda doğulan oğlan uşağına bəzən Bəhmən, bəzən də Bəhmənyar adı qoyurlar. Azərbaycanda bu ad qədim adlardan hesab edilir. Azərbaycan xalq musiqilərindən nikbin ruhlu “Bəhməni” aşıq havası XIX əsrin ortalarında yaşayıbyaratmış şəmkirli Aşıq Bəhmənin adı ilə bağlıdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti