Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏXTİYAR fars.

baxtiyar (əslində baxteyar) sözü xoşbəxt, başqa sözlə, bəxti yar olan, ağgün (insan) mənasındadır.

Adın tərkib hissələri olan bəxt və yar dilimizdə həddən artıq çox işlənir. Bəxtiyar kişi adı xoşbəxt, bəxti gətirən mənasındadır. Onu da qeyd etmək yerinə düşərdi ki, Bəxtiyar şəxs adı İranda həm azərbaycanlılar, həm də farslar arasında kifayət qədər rast gəlinən adlardandır. Məişətimizdə Bəxtiyarla eyni məzmunlu adlar kifayət qədərdir. Məsələn, Bəxtəvər (bax: ad – BƏXTƏVƏR), Xoşbəxt (bax: ad – XOŞBƏXT) və s. Bəxtiyar şəxs adı bu gün də məişətimizdə geniş yayılmış kişi adlarındandır. Adın daşıyıcıları arasında şair, dramaturq, ədəbiyyatşünas, Azərbaycanın Xalq Şairi, professor, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, ictimai xadim, türk dünyasının sevilən sənətkarı Bəxtiyar Vahabzadənin (19252009) adını fəxrlə çəkmək olar.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏKİR ərəb.

bakr sözü cavan dəvə, erkək dəvə, dəvə balası, nər anlamlarını ifadə edir.

Adın məhz Bəkr olduğu Əbubəkr (bax: ad – ƏBUBƏKR) mürəkkəb adında xüsusilə aydın görünür. Bəbir kişi adı kimi (bax: ad – BƏBİR), Bəkir də dilimizin fonetik qanunlarına uyğun dəyişmiş, Bəkir şəklinə düşmüşdür. Bəkir Şərq məişətində çox qədim adlardandır. Ərəb ailələrində yeni doğulmuş oğlan uşağına dəvə adı qoyulması, yəqin ki, elə də təəccüb doğurmur, çünki ömrü səhralarda, qızmar günəş altında keçən bədəvi ərəb üçün dəvədən əziz, məlumdur ki, heç bir şey ola bilməzdi. Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, Bəkir şəxs adı əvvəllər əsasən sünnilər arasında geniş yayılmışdı. Bu da Məhəmməddən sonra ilk xəlifə və peyğəmbərin qayınatası (Ayişənin atası) Əbubəkrlə əlaqədar idi. Şiələr Məhəmməd ilə Əli arasındakı xəlifələrə o qədər də rəğbət bəsləmədiyindən hazırda müasir şəxs adı olaraq Əbubəkrdən daha çox Bəkir adı geniş yayılmışdır. Nədənsə bəzi lüğətlərdə Bəkir adı Bakir adı ilə eyniləşdirilir. Fərqli mənası olan antroponimlərdir. Adın daşıyıcıları arasında ədəbiyyatşünas, şair, dilçi, mətnşünas, filologiya elmlər doktoru, professor Bəkir Çobanzadə (18931938) repressiyaya məruz qalmış ziyalılarımızdandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BƏNDƏLİ fars.

mürəkkəb adların yaranmasında iştirak edən Banda Əli adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Bəndəli (bax: ad – BƏNDƏ; ƏLİ) kişi adı Əliyə bağlı olan, Əliyə yaxın insan, Əli tərəfdarı, Əliyə tabe olan, Əlinin qulu, köləsi, Əliyə sitayiş edən anlamlarını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti