Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XOŞBƏXT fars.

mürəkkəb adların tərkibində işlənən xoç (əslində hoç) və bəxt sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan alqış məzmunlu Xoşbəxt adı bəxtiyar, bəxti gətirmiş, taleli, bəxtli, ağgünlü, sevinc və rifah içində yaşayan, uğurlu mənalarını ifadə edir. Dünyaya göz açmış körpəyə yaxınları, ailə üzvləri onun gələcək həyatının taleli, bəxtli, uğurlu olmasını arzu edərək Xoşbəxt adını verirlər. Azərbaycanda adın daşıyıcılarından Xoşbəxt Bağı oğlu Yusifzadə (1930) mühəndis-geoloq, geologiya-mineralogiya elmləri doktoru (1987), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan ”Azəri”, ”Çıraq” və ”Günəşli” yataqları kəşf edilmiş və istismara daxil edilmişdir. 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən ”Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, ”Əşrəfi” (1998-ci il), ”Qarabağ” (1998-ci il), nəhəng ”Şahdəniz” (1999-cu il), iri ”Abşeron” (2011-ci il) kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin öz gücü ilə açdı- ğı ”Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olmuş mütəxəssislərimizdəndir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti