babr sözündəndir. Məlum olduğu kimi, bəbir yırtıcı heyvanlardan biridir. Həm xarici görkəmi ilə, həm də yırtıcılığına görə bir qədər pələngə bənzər vəhşi heyvandır. Bəbr/bəbir sözü xallı pələng, yırtıcı heyvan mənasını ifadə edir.
Bir çox mənbələrdə Bəbir/Bəbur adı Hindistanın Moğollar dövlətinin banisi, qədim türklərdə tayfa adı (Bəbirli tayfası), eləcə də cığatay türkcəsində gözəl əsərlər yazan məşhur şair Zəhirəddin Məhəmməd Baburun (14831530) adı, həmçinin onun məşhur “Baburnamə” əsəri ilə əlaqələndirilir. Bəbir kişi adı güclü, basılmaz mənalarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti