inçaallah (əslində inçaAllah) sözündəndir.
Ərəb dilində olan İnşaallah sözü türk xalqlarının dillərində çoxişlənən ifadələrdəndir. Azərbaycan dilində də tez-tez istifadə edilir. “Allah qoysa”, “Allah istəyən olsa”, “Allahın iradəsi olarsa” mənalarında xeyir-dua, dilək təbiridir. İnşaallah ailələrdə çoxdan intizarında olduqları, Allahın köməyi, Tanrının yaratdığı, vücuda gətirdiyi həsrətlə gözlənilən uşağa qoyulan adlardandır. Bir də alqış mənasındadır. İnşaalah kişi adı Allah qoysa böyüyacak, valideynlarinin baçını uca edacak kimi mənalar ifadə edir. Adın təhrif olunmuş forması İnşalla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad, əsasən, İnşalla şəklindədir. Azərbaycanın cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiintiqam sözü dilimizdə düşməndən qisas alma, pislik gördüklərinə əvəzini qaytarmaq, yəni pislik etmək arzusu və işi, qisas, qisas alma, hayıf çıxma, hayıf alma, öc, əvəz çıxma mənalarındadır.
XX əsrdə məişətimizdə geniş yayılmış İntiqam kişi adı bu gün müşahidəediləcək dərəcədə azalmış kişi adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiintizar sözü dilimizdə həsrət, səbirsizliklə, nigarançılıqla gözləmə anlamını ifadə edir.
İntizar klassik poeziyada ən çox rast gəlinən söz və ifadələrdəndir. XX əsrdə məişətimizdə geniş yayılmış adlardandır. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan İntizar bu gün unudulmaqdadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiirfan sözü dilimizdə bilik, bilgi, məlumat, mədəniyyət, maarif mənalarını ifadə edir.
“Quran”da rast gəlinən kəlmələrdəndir. İrfan İslamda ilahi sirlərdən, həqiqətdən xəbərdar olmaq mənasındadır. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan İrfan adının daşıyıcıları bu gün, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiibrani. Yexotua sözünün ərəbcələşdirilmiş forması olan İsa sözü dilimizə ərəb dilindən keçmə sözlərdəndir. Yunanlarda ad İisus şəklindədir. Yəhudilərin dininə görə, İsa xristianlığın müqəddəs kitabı – “İncil” verilən peyğəmbərin adıdır.
Rəvayətə əsasən, İsa hələ beşikdə olanda ona peyğəmbərlik verilmişdir. Bəni-İsrailin tərəfdarları atasız uşaq dünyaya gətirdiyinə görə İsanın anası müqəddəs Məryəmə qəsd etmək istərkən dünyaya təzəcə göz açmış İsa dilə gəlib onlara bildirir ki, mən Allahın əmrı ilə dünyaya gəlmişəm. İsa Azərbaycan dilində baş xilaskar, ən böyük xilaskar (Tanrı nəzərdə tutulur), Allahın köməyi, Tanrının yardımı anlamındadır. Dini əfsanələrə görə, İsa Peyğəmbər möcüzələr göstərməyə qadir olmuşdur. Onun möcüzələrindən biri də ölüyə nəfəsi ilə can verməsidir. Şərq poeziyasında da İsa nəfəsi insana ruh verən söz mənasında işlənir. “Quran”da adı çəkilən iyirmi beş peyğəmbərdən biridir. İsa əslində Ulul-əzəm peyğəmbərlərdən olub, İslam terminologiyasında beş əsas əzəmət sahibi peyğəmbrdən birinin adındandır. “Məryəm” surəsində İsa Peyğəmbərdən danışıldıqdan sonra bir neçə peyğəmbərdən də bəhs olunur və bu ayə də İsa Peyğəmbərin İshaq (bax: ad – İSHAQ) Peyğəmbərin nəslindən olduğunu göstə- rir. İsa kişi adı məişətimizdə geniş yayılmış şəxs adları sırasındadır. Azərbaycan antroponimikasında tərkibində İsa adının iştirak etdiyi kifayət qədər mürəkkəb şəxs adları mövcuddur. Məsələn, İsababa (bax: ad – İSABABA), İsaxan (bax: ad – İSAXAN), İsabala (bax: ad – İSABALA), Əlisa (bax: ad – ƏLİSA) və s. Bu gün addan forma- laşmış İsayev, İsazadə soyadları da geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiəslində isaq yaz, yay gecələrində həzin səslə oxuyan quşların birinin adıdır.
İsaq-musaq quşunun adına xalq ədəbiyyatı nümunələrində olduğu kimi, yazılı ədəbiyyatda da rast gəlinir. Məlum olduğu kimi, dilimizdə defislə yazılan mürəkkəb sözlərin bir qismi ikinci tərəfi heç bir məna kəsb etməyən sözlərdən yaranmışdır. İsaq-musaq sözü də belə sözlərdəndir. Mənbələrdə isa(q)-musa(q) şəklində yazıldığından, İsa və Musa peyğəmbərlərin adı ilə əlaqələndirilməyə də rast gəlinir. Beləliklə, İsaq İsa peyğəmbərin adı ilə əlaqədar şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiİsfahan (əslində Esfahan) toponimlərdən formalaşmış şəxs adıdır.
İsfahan kişi adı Asiyanın qərbində yerləşən, Şərqin ən qədim ölkələrindən hesab edilən, ölkəmizin cənub qonşusu İran Respublikasının ərazisində yerləşir, muzey şəhəri adlanır.Dilimizə tərcümədə hərbi düşərgə mənasındadır. Çünki qədim dövrlərdə İranın ən qədim ordugahı – hərbi düşərgəsi burada yerləşmişdir. İsfahan İranın Tehrandan və Məşhəddən sonra ərazisinə və əhalisinin sayına görə üçüncü şəhərinin adındandır. Qeyd etmək lazımdır ki, Azərbaycanın klassik muğamlarından biri də İsfahan adlanır. Azərbaycanda İsfahan kişi adını daşıyanlar, əsasən, yaşlı nəslin nümayəndələridir. Adın təhrif olunmuş forması İsfan da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti