►İstiqamət, cəhət bildirmək üçün işlədilən ifadə.
Bu poetik ifadə qədim insanların Yerin cəhətlərini, hər hansı istiqaməti müəyyənləşdirmək cəhdləri ilə bağlı yaranmışdır.
Qәdim türk dilindә (VIII əsr) hәlә eramızın III әsrindә, yәni yazıyaqәdәrki dövrdә istiqamət, cəhət adlarını bildirən sözlər işlәdildiyi kimi qalmaqda davam edirdi; məsələn, Gültәkin abidәsindә (VIII әsr) sol – şimalı, qarşı (qabaq) – şәrqi, sağ – cәnubu, ard (arxa) – qәrbi bildirmək üçün işlәdilirdi. Belәliklә, «qarşı» sözü «şərq» anlayışını bildirirdi.
Çin һökmdarı Xan dövrü salnamələrində göstәrilir ki, Hun һökmdarı sәһәrlәr günəşә sitayiş edirdi. Qәdim türk yazılı abidәlәrində də sәһәr qarşıdakı günәşə sitayişdәn bәһs olunur. Monqollarda isә qarşı – qәrbi bildirirdi.
Qәdim oğuzlar «qarşı» (qabaq, ön, ilәri//irәli) sözünü «quzey» anlayışında işlәdirdilәr, «arxa» (әrquri, geri) sözü isә «güney» mәnasında idi. Belә olduqda sağ tәrәf gündoğan, sol tәrәf isә günbatan cәһәt һesab edilmәlidir. Habelә cәhәtlər bir dә rәng adları ilə ifadә olunurdu. Qarşı tәrəf «qara» (qaraca), arxa tərәf «ala» (vә ya qızıl), sol tərəf «ağ» (ağca), sağ tәrәf «göy» (göycә) sözlәri ilə әks etdirilirdi.
Tədqiqatçılar bunlara istinadən «Kitabi-Dәdә Qorqud»dakı yerin cəhətlərini bildirən bir çox ifadәlәrin mәnasını aydınlaşdırırlar.
Məsəllər, deyimlər►Heç bir faydalı iş görməmək, əhəmiyyətsiz, mәnasız işlәrlә mәşğul olmaq.
İfadə xalq sənətinin inkişafı ilə bağlı yaranıb yayılmışdır.
Vaxtilә evlәrdә işlәnәn müxtәlif alәtlәr ağacdan düzəldilirdi. Bütün bunlarla Azәrbaycanın rayonlarında və kəndlәrindә xüsusi sәnәtkarlar mәşğul olurdular. Lakin sәnәtkarlar heç dә bütün işlәri özlәri görmürdülәr. Onlar əşyaya aid olan əsas, mühüm işlәri (ölçü, forma və s.) özlәri görür, yüngül vә xüsusi mәharət tәlәb etmәyәn işlәri, әsasәn, naşı olan köməkçilərinə – şəyirdlərə tapşırırdılar. Fәhlә hesab olunan bu şagirdlər çömçә, çanaq, qaşıq kimi alәtlәrin içini yonub çıxarırdılar. Çox zәhmәt tәlәb etmәyәn bu kimi işlәr, əslində, bikarçılığa bәrabәr tutulduğundan yuxarıdakı məcazi mәnalı ifadә meydana gәlmişdir.
Yenә hәmin sәnәtlә әlaqәdar «qaşıq döyüşdürmәk» («tərslik etmәk», «mübarizә, mübahisә aparmaq», «söz gülәşdirmәk» mәnalarında) ifadәsi yaranmışdır.
Məsəllər, deyimlər►Haqqında söhbət gedən əsas mövzudan yayınmamağa, əsas məsələyə qayıtmağa çağırış məqsədilə işlədilən ifadə.
İfadə XV əsrdə Fransa məhkəməsində baş vermiş bir hadisədən qaynaqlanır.
Varlı-hallı bir mahud satan tacir onun bir neçə qoyununu oğurlamış çobana qarşı məhkəmə iddiası qaldırır. Kasıb çobanı o zamanın məşhur vəkili Patlen müdafiə edirdi.
Məhkəmə prosesi başlanır. Elə bu vaxt zalda Patleni görən mahudçunun dərdi təzələnir və uca səslə vəkilin ona təxminən 4 m parçanın pulunu borclu olduğunu bəyan edir, hamının gözü qarşısında borcunu hələ də ödəmədiyini deyərək vəkili tənbeh edib günahlandırır. Sonra da bu borcun necə yaranması barədə uzun bir hekayət danışmağa başlayır.
Hakim mətləbin uzandığını, prosesin başqa istiqamətə getdiyini görüb mahudçunun sözünü bu ifadə ilə kəsir: «Revenons a nos moutons», yəni «qayıdaq öz qoyunlarımıza». Bununla da ağıllı hakim məhkəmə araşdırmasını lazımi istiqamətə yönəldir.
Məsəllər, deyimlər►Başqalarını, xüsusilә müәyyәn cәhәtlәrdәn özündәn üstün olanları tәqlid etmәk, qabiliyyətindәn artıq iş görmәyә cәhd göstərmək.
İfadə qazın başqa quşlardan fərqli tərzdə yeriməsi ilə bağlı yaranmışdır.
Azərbaycan ornitologiyasında qaz həmişә müsbәt qiymәtlәndirilmiş, gözәllik rəmzi hesab olunmuşdur. «Kitabi-Dədә Qorqud» dastanında qaza bәnzәyən qız-gәlindәn bәhs olunur. Xüsusilә qazın yanlarını basa-basa fərqli tərzdə yeriməsi diqqәti cəlb etmiş, o, başqa quşlardan fәrqlәndirilmişdir.
Xalq arasında qaz yerişi ilə bağlı «Toyuq istədi ki, qaz yerişi yerisin, öz yerişini də itirdi» ifadəsi də işlənir. Bir sıra qədim yazılı Şərq mәnbәlərində bu ifadә bir qәdər başqa şәkildədır: «Qarğa kәklik yerişi yerimәk istәdi, öz yerişini dә unutdu».
Məsəllər, deyimlər►Cəld, çevik, beyni yaxşı işləyən, bir şeyin səbəb-nəticə əlaqələrini dərhal qavrayan adam haqqında işlədilən ifadə.
İfadənin yaranması Romanın müdafiəsi ilə bağlı olan tarixi hadisəylə əlaqədardır.
E.ə. 390-cı ildə Romaya şimaldan qall tayfaları gözlənilmədən basqın edirlər. Onlar cingiltili musiqi və vəhşiyanə bağırtıları ilə romalılarda elə bir dəhşətli qorxu yaratmışdılar ki, kimsə müdafiə olunmaq fikrinə düşməmişdi. Təkcə sərkərdə Manliyin kiçik bir dəstəsi Kapitolidə qalıb vuruşur, düşmənin həmlələrinin qabağını uğurla alırdı.
Rəvayətə görə, Kapitolini ala bilməyən düşmənlər hiyləyə əl atırlar: zəif müdafiə edilən bir yer tapıb gecə ikən Kapitoliyə girmək istəyirlər. Bu zaman Yunona adlı ilahənin məbədindəki qazlar düşmən əsgərlərini görür və elə bir hay-küy salırlar ki, yatmış qarovulçular oyanır, dərhal da düşməni dəf edirlər. O zamandan Romada qazlara xüsusi ehtiram bəslənir.
Həmin hadisədən sonra həssas və ayıq adamları Roma qazları ilə müqayisə etməyə başladılar. İfadənin formalaşması da məhz bu dövrə aiddir.
Bu hadisə ilə bağlı bəzi dillərdə birisini keçmiş xidmətlərinə görə qiymətləndirmək mənasında «Qazlar Romanı xilas etmişlər» ifadəsi də işlədilir.
Məsəllər, deyimlər►Daha çox isteһzalı tәrzdə «qәdrini bilmәk, qiymәtlәndirmәk» mənasında işlədilən ifadə.
İfadə qədimdən möhkəmlik və uzun ömür rәmzi olan kedr (sidr) ağacının latınca adının (cedrus) təhrifi nəticəsində yaranmışdır.
Belә görünə bilәr ki, bu «qәdir ağacı» ifadәsi dә elә «qәdir-qiymәt» anlayışı ilә әlaqәdardır. Lakin tәdqiqatlardan mәlum olur ki, «qәdir ağacı» ifadәsi «kedr ağacı»nın təhrifi ilə düzәlmişdir. Bir sıra türk dillәrindә elә-belәcə kedr//kedir adlanan bu ağac bizim әdәbi dilimizdә sidr ağacı ilә ifadә edilir. Kedr isә latınca «kedrus» sözündәndir. Latın sözünün qәdr//qәdir şәklinә düşmәsi aydındır.
Sidr ağacı 40–50 metr һündürlüyә malik hәmişәyaşıl ağacdır. Bu ağacın qiymәtli vә әtirli oduncağı var, ondan mebel düzәldir vә gəmiçilikdә istifadә edirlər. Ağac payızda çiçәk açır, toxumlarının tәrkibindә yağ olduğundan yeyilir. Çox qәdim bitkilәrdәn sayılan vә eroziyaya qarşı xeyirli olan sidr ağacı 500, bәzәn 3000 ilә qәdәr yaşayır. Bütün bu mәziyyәtlәri һәmin ağacın dәyәrini әks etdirir.
Şәrq ölkələrindә, nadir hallarda olsa da, tәk-tәk hökmdarların (anadanolma, taxtaçıxma və s. mәrasimlərlә әlaqədar) şәrәfinә kedr//sidr ağacları әkilməsi faktları mәlumdur.
Müsәlman әfsanәlәrinә görә, Cәnnәtin әn uca yerində bir sidr ağacı bitir vә onun kölgәsindә möminlәr dincəlirlәr.
Məsəllər, deyimlər►Məqsədi qalibi müəyyənləşdirmək olan hər hansı yarışda iştirakın xüsusi əhəmiyyətini vurğulamaq üçün işlədilən ifadə.
İfadə Beynəlxalq Olimpiya Komitəsinin sədri Pyer de Kubertenin (1863–1937) nitqindən qaynaqlanaraq yayılmışdır.
Olimpiya hərəkatının görkəmli nümayəndələrindən olan Kuberten bu ifadəni 1936-cı ildə Berlində Yay Olimpiya Oyunlarının açılışı zamanı söylədiyi nitqində işlətmişdir. İfadənin məqsədi o idi ki, Olimpiya oyunları zamanı idman mübarizəsində iştirak edənlərin heç də hamısı qalib gəlib medal qazanmır. Amma bu yarışlarda iştirak edən hər kəs Olimpiya hərəkatının, idmanın inkişafına öz töhfəsini verir. Araşdırmaçılar müəyyən etmişlər ki, Pyer de Kuberten bu fikri ilk dəfə 1908-ci il iyulun 24-də Londonda işlətmişdir. O həmin gün Böyük Britaniyanın paytaxtında IV Yay Olimpiya Oyunlarının açılışı münasibətilə verilmiş ziyafətdə sonralar məşhurlaşmış deyimi bu formada işlətmişdir: «Həyatda qələbə vacib deyil, mübarizə aparmaq vacibdir; əsas udmaq deyil, ləyaqətlə mübarizə aparmaqdır».
İfadə bizim günlərdə də öz aktuallığını saxlayır və təkcə idman yarışları ilə bağlı deyil, hər hansı prosesdə iştirakı təqdir edib stimullaşdırmaq məqsədilə işlədilir.
Məsəllər, deyimlər►Başqalarının nailiyyətlərinə şərik olub öz adına çıxmağa çalışan, amma özünün uğursuzluğu barədə susmağa üstünlük verən insanlara münasibətdə işlədilən ifadə.
İfadə ABŞ-ın 35-ci prezidenti Con Kennedinin (1917–1963) Kubaya uğursuz desant çıxarılması ilə bağlı söylədiyi nitqdən sonra geniş yayılmışdır.
Əslində isə bu deyim C.Kennediyə məxsus deyildir və hələ çox qədimdən məlumdur; məsələn, Roma tarixçisi Tasit (56–117) bizim eranın ilk illərində qələmə aldığı «Aqrikola» əsərində belə yazırdı: «Bütün müharibələrdə, adətən, qələbəni hər kəs öz adına yazır, məğlubiyyətin günahını isə bir adamın boynuna qoyurlar». Tarixçi alimlər bu ifadənin uzun əsrlərboyu bu şəkildə yaşamasının səbəbini insan psixologiyasının özəlliyi ilə, həm də Misir ehramları dövründən bu yana həmin psixologiyanın dəyişməməsi ilə izah edirlər.
İfadə bu gün də aktuallığını saxlayır və təkcə müharibə, döyüş əməliyyatlarına münasibətdə deyil, idman yarışlarında komanda oyunları ilə bağlı da işlədilir.
Məsəllər, deyimlər►İxtiyar, səlahiyyət və hakimiyyət sahibi olanların həqiqəti tapdaladığını, gerçəyi qəsdən, istədiyi kimi təhrif etdiyini bildirən ifadə.
İfadә Sәdi Şirazinin bir şeirindәn götürülərək yayılmışdır.
Şeirin məzmunu belədir: «Mәn bir vaxt kitabda oxumuşdum ki, bir nәfәr şeytanı yuxuda görür. Görür ki, şeytanın boyu sәrv kimidir, gözәl yanaqları alışıb-yanır. Həmin şәxs şeytana deyir: «Ey mәkrlәr anası, sәn ki mәləklәrdәn gözәlsәn. Halbuki sәnin şәklini hamamlarda iyrәnc, dәhşәtli tәrzdә çәkirlәr». O ah çәkib ağladı və dedi: «Görürsәn ki, mәn heç dә elә dәhşәtli deyilәm. Lakin burası var ki, qәlәm mәnim düşmәnimin әlindədir».
Salnaməçi Tәbәrinin mәşhur «Tarix»indә göstәrilir ki, şeytanın әrәb dilindә әn qәdim adı «Haris» idi. Allah öz nurundan fәriştәlәr yaradıb Harisi onlara padşaһ elәmişdi. Sonralar Allaһ yer üzündә atәşdən bir tayfa yaratdı. Onların adına Can deyirdilәr. İblisi onlara başçı qoymuşdu.
Guya sonralar torpaqdan yaranmış Adәmә sәcdә etmәdiklәri üçün Allah Can tayfasını qırmış, onların nәslindәn yalnız Cin qalmışdır.
Ümumiyyətlə, bu ifadə həm də günahsız yerə böhtana məruz qalanların dili ilə böhtançının daha güclü olduğunu vurğulamaq üçün işlədilir.
Məsəllər, deyimlər►Bilərəkdən və qərəzli olaraq bəyənməmək, qulp qoymaq, sataşmaq, irad tutmaq.
İfadə qədim insanların hər hansı kəmiyyəti ibtidai üsulla hesablamaq vərdişindən yaranmışdır.
Bir çox xalqlarda qәdimlәrdәn qamışlarla hesablama üsulu geniş yayılmışdır. Qәdim yunan dilində «saymaq» anlayışını bildirmәk üçün «qamış qoymaq» işlәdilirdi. Başqa xalqlar başqa vasitələrdən istifadə edirdilər; mәsәlәn, papuas (Yeni Qvineya, İndoneziya və Malayziyada azsaylı xalq) bir topa hindqozunu belә sayır: topadan bir qozu götürüb yana qoyur, çubuqcuqlar dәstәsindәn bir çubuqcuq götürüb öz torbasına qoyur. Hesablama belә gedir: bir sayılan әşya – bir sayan əşya. Çoxlu hindqozu, əlbəttə, torbaya qoyulmuş çoxlu çubuqcuq qədərdir. Papuas öz torbasını götürüb özü ilә istədiyi yerә aparır, qayıdanda yenә onların әsasında hindqozlarını sayır, onların öz yerindә olub-olmadığını asanlıqla müәyyәnlәşdirir.
Müəyyən miqdar bildirәn qamışlar içәrisindә başqa, əlavə qamışlar qoymaqla şәxsә sataşmaq, onun hesabını dolaşdırmaq mümkündür. Odur ki «qәmiş qoymaq», «qəmişini çәkmәk» ifadәlәri bu hesablama üsulu ilə əlaqədardır. Sözün funksiyası onun formasına da təsir göstәrmiş, әdәbi dildә «qamış» kimi işlәnәn söz həmin tәrkibdә «qәmiş» şәkli almışdır.
Məsəllər, deyimlər►Mane olmamağa, yoluna çıxmamağa qəti çağırış mənasında işlədilən ifadə.
İfadə Şərq ölkələrində sulu qəlyan çəkilən meyxanalardakı bir davranışdan yaranmışdır.
Həmin meyxanalara girməyə imkanı olmayan kasıb adamlar uzun bir qəmiş tapıb kiçik pəncərədən irəli uzadar, içəridəki tüstünü ciyərlərinə çəkərdilər. Amma bəzən içəri uzadılan bu qəmişlər o qədər çox olardı ki, xidmətçilər narazılıqlarını bildirərdilər. Belə olanda meyxana sahibi həmin adamlara «qəmişinizi çəkin» əmri verərdi.
İfadәnin məhz bu şəkildə anlaşılmasının bir səbəbi odur ki, Şәrq ölkәlәrinin çoxunda qәmiş hәm dә «qəlyan», «sulu qәlyan» mәnasında işlәdilir. Odur ki «qәmiş(ini) çәk» ifadәsi hәm dә «qәlyan çәk» mәnasına gәlir.
Məsəllər, deyimlər►Vәziyyәtin çox ağır, çıxılmaz olduğunu bildirmәk üçün yumorla işlədilən ifadə.
İfadә mәşhur «Aşıq Qәrib» dastanından qaynaqlanaraq yayılmışdır.
Dastanın qәhrәmanı Qәrib uzaq diyardan, qürbәtdәn vәtәnә, sevgilisi Şahsәnәmin toyuna gәlib çatmağa tәlәsir. Hәlәbdәn çıxıb Tiflisә üz qoyur. Xeyli gedәndәn sonra atı partlayıb ölür.
Taleyin ağır sınaqlara çəkdiyi, ağır əzablarla üzləşdirdiyi Qәrib bu uzun, çәtin yolu piyada getmәli olur. Ayaqları qabar-qabar olur. Vaxtında toya çatmaqdan, Şahsәnәmdәn әlini üzür. Sazı sinәsinә basıb öz halına şeirlәr deyir vә əlacsız-əlacsız göz yaşı töküb ağlayır.
İndi də gözlənilmədən çıxılmaz vəziyyətə düşən adamlar əlacsızlıq ifadə edən bu birləşməni dilə gətirirlər. Dilimizdə bәzәn «Qәrib» adı әvәzinә «Kәrәm», yaxud «yetim» sözü işlәdilir.
Məsəllər, deyimlər►«İndi başlanmış kiçik bir iş gələcəkdə böyük nəticələrə səbəb olar» mənasında işlədilən ifadə.
İfadə Rusiyada bolşevizmin və sovet dövlətinin banisi olmuş V.İ.Leninin ötən əsrin əvvəlində nəşr etdiyi «İskra» qəzetinin devizi kimi yayılmışdı.
Çar mütləqiyyətinə qarşı mübarizə aparan Vladimir İliç Ulyanov (Lenin) etiraz hərəkatını ümumrusiya siyasi qəzetindən başlamağı vacib hesab edirdi. 1900-cü ilin dekabrında «İskra» («Qığılcım») qəzetinin ilk nömrəsi çapdan çıxdı. Qəzetin adının altında onun devizi yazılmışdı: «Qığılcımdan alov doğar». Həmin vaxtdan bu ifadənin müəllifi V.İ.Lenin sayılır.
Əslində isə tarixi faktlar sübut edir ki, aforizmin müəllifi dekabrist-şair Aleksandr Odoyevskidir. 1826-cı ildə çar sürgündə olan dekabrist Nikita Muravyovun arvadına ərinin arxasınca Sibirə getməyə icazə vermişdi. Böyük rus şairi A.S.Puşkin inqilabçılara həsr etdiyi yeni şeirini Anna Muravyova ilə dostlarına göndərmişdi.
Puşkinin sözlərindən ilhama gələn dekabrist-şair Odoyevski ona cavab olaraq «Gələcəkdən xəbər verən odlu simlərin səsi» şeirini yazmışdı. Həmin şeirdə aşağıdakı misralar da var idi:
Hədər getməz əməyimiz,
Qığılcımdan alov doğar.
Ağır sürgün həyatı keçirən, amma gələcəyə inamını itirməyən dekabristlər Odoyevskinin şeirini çox sevirdilər, «Qığılcımdan alov doğar» sətri isə onların inqilabi şüarına çevrilmişdi. Buna görə də Lenin həmin aforizmi inqilabçı «İskra» qəzetinin devizi kimi seçmişdi.
Məsəllər, deyimlər►Hər cür yenilikdən, kəskin, cəsarətli addımlar atmaqdan qorxan, ifrat dərəcədə ehtiyatlılıq göstərən mühafizəkar adam haqqında işlədilən ifadə.
İfadə böyük rus yazıçısı Anton Çexovun 1898-ci ildə yazdığı «Qılaflı adam» hekayəsindən götürülüb.
Hekayənin qəhrəmanı müəllim Belikov həmişə, hətta hava yaxşı olduğu hallarda belə: «Hər ehtimala qarşı ehtiyatlı olum ki, sonra içindən bir iş çıxmasın», − deyə qaloş və qalın palto geyər, açıq havada da əlinə çətir götürüb küçəyə çıxardı.
Böyük yazıçı öz qəhrəmanının xarakterini çox incə detallarla təsvir edir: «Belikovun çətiri də, qolundakı saatı da, hətta qələm yonmaq üçün cibində gəzdirdiyi bıçağı da qılaf içərisində saxlanılırdı. Diqqətlə baxdıqda adama belə gəlirdi ki, Belikov üzünü, hərəkətlərini də qılaf içərisində saxlayır».
Məsəllər, deyimlər►Birisi hər hansı alətlə və ya cihazla işləyə bilmədikdə, işin öhdəsindən gəlmədikdə və günahı alətdə (cihazda) gördükdə istehza ilə işlədilən ifadə.
İfadə böyük Azərbaycan şairi, hökmdarı və sərkərdəsi Şah İsmayıl Xətaiyə aid olan rəvayətdən qaynaqlanır.
Osmanlı qoşunları 1514-cü ildə Azərbaycana hücum etdilər. Cənubi Azərbaycanın Maku şəhəri yaxınlığındakı Çaldıran adlı yerdə qoşunlar üz-üzə gəldilər. Üç gün çəkən bu döyüşdə Şah İsmayıl Sultan Səlimin sayca çox olan və toplardan istifadə edən qoşununa məğlub oldu.
Rəvayətlərdən birində deyilir ki, şah Çaldıran döyüşündə qılıncı ilə topların zəncirini doğrayarkən bir topun lüləsini də kəsir. Bunu eşidən Sultan Səlim döyüşdən sonra sifariş edir ki, İsmayıl həmin qılıncı ona göndərsin. Şah İsmayıl qılıncını sultana göndərir. Sultan saray əyanlarını yığır və onların gözü qarşısında qılıncla topa zərbə vurur. Heç nə hasil olmur. Şah İsmayıla məktub yazırlar ki, yəqin, o, Çaldıranda məğlub olduğuna görə həmin qılıncı göndərməyib, çünki bu qılınc dəmiri kəsmədi. Az sonra Sultan Səlim Şah İsmayıldan cavab alır: «Qılınc həmin qılıncdır, qol o qol deyil».
Məsəllər, deyimlər