►Bilərəkdən və qərəzli olaraq bəyənməmək, qulp qoymaq, sataşmaq, irad tutmaq.
İfadə qədim insanların hər hansı kəmiyyəti ibtidai üsulla hesablamaq vərdişindən yaranmışdır.
Bir çox xalqlarda qәdimlәrdәn qamışlarla hesablama üsulu geniş yayılmışdır. Qәdim yunan dilində «saymaq» anlayışını bildirmәk üçün «qamış qoymaq» işlәdilirdi. Başqa xalqlar başqa vasitələrdən istifadə edirdilər; mәsәlәn, papuas (Yeni Qvineya, İndoneziya və Malayziyada azsaylı xalq) bir topa hindqozunu belә sayır: topadan bir qozu götürüb yana qoyur, çubuqcuqlar dәstәsindәn bir çubuqcuq götürüb öz torbasına qoyur. Hesablama belә gedir: bir sayılan әşya – bir sayan əşya. Çoxlu hindqozu, əlbəttə, torbaya qoyulmuş çoxlu çubuqcuq qədərdir. Papuas öz torbasını götürüb özü ilә istədiyi yerә aparır, qayıdanda yenә onların әsasında hindqozlarını sayır, onların öz yerindә olub-olmadığını asanlıqla müәyyәnlәşdirir.
Müəyyən miqdar bildirәn qamışlar içәrisindә başqa, əlavə qamışlar qoymaqla şәxsә sataşmaq, onun hesabını dolaşdırmaq mümkündür. Odur ki «qәmiş qoymaq», «qəmişini çәkmәk» ifadәlәri bu hesablama üsulu ilə əlaqədardır. Sözün funksiyası onun formasına da təsir göstәrmiş, әdәbi dildә «qamış» kimi işlәnәn söz həmin tәrkibdә «qәmiş» şәkli almışdır.
Məsəllər, deyimlər