►Haqqında söhbət gedən əsas mövzudan yayınmamağa, əsas məsələyə qayıtmağa çağırış məqsədilə işlədilən ifadə.
İfadə XV əsrdə Fransa məhkəməsində baş vermiş bir hadisədən qaynaqlanır.
Varlı-hallı bir mahud satan tacir onun bir neçə qoyununu oğurlamış çobana qarşı məhkəmə iddiası qaldırır. Kasıb çobanı o zamanın məşhur vəkili Patlen müdafiə edirdi.
Məhkəmə prosesi başlanır. Elə bu vaxt zalda Patleni görən mahudçunun dərdi təzələnir və uca səslə vəkilin ona təxminən 4 m parçanın pulunu borclu olduğunu bəyan edir, hamının gözü qarşısında borcunu hələ də ödəmədiyini deyərək vəkili tənbeh edib günahlandırır. Sonra da bu borcun necə yaranması barədə uzun bir hekayət danışmağa başlayır.
Hakim mətləbin uzandığını, prosesin başqa istiqamətə getdiyini görüb mahudçunun sözünü bu ifadə ilə kəsir: «Revenons a nos moutons», yəni «qayıdaq öz qoyunlarımıza». Bununla da ağıllı hakim məhkəmə araşdırmasını lazımi istiqamətə yönəldir.
Məsəllər, deyimlər