Reklam
Reklam

Məsəllər, deyimlər

QƏLƏBƏYƏ HAMI SAHİB ÇIXIR, AMMA MƏĞLUBİYYƏT HƏMİŞƏ YETİMDİR

►Başqalarının nailiyyətlərinə şərik olub öz adına çıxmağa çalışan, amma özünün uğursuzluğu barədə susmağa üstünlük verən insanlara münasibətdə işlədilən ifadə.

İfadə ABŞ-ın 35-ci prezidenti Con Kennedinin (1917–1963) Kubaya uğursuz desant çıxarılması ilə bağlı söylədiyi nitqdən sonra geniş yayılmışdır.

Əslində isə bu deyim C.Kennediyə məxsus deyildir və hələ çox qədimdən məlumdur; məsələn, Roma tarixçisi Tasit (56–117) bizim eranın ilk illərində qələmə aldığı «Aqrikola» əsərində belə yazırdı: «Bütün müharibələrdə, adətən, qələbəni hər kəs öz adına yazır, məğlubiyyətin günahını isə bir adamın boynuna qoyurlar». Tarixçi alimlər bu ifadənin uzun əsrlərboyu bu şəkildə yaşamasının səbəbini insan psixologiyasının özəlliyi ilə, həm də Misir ehramları dövründən bu yana həmin psixologiyanın dəyişməməsi ilə izah edirlər.

İfadə bu gün də aktuallığını saxlayır və təkcə müharibə, döyüş əməliyyatlarına münasibətdə deyil, idman yarışlarında komanda oyunları ilə bağlı da işlədilir.

Məsəllər, deyimlər