Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

modernizm

fr. moderne – yeni, müasir

XX əsr ədəbiyyatı və incəsənətində fəlsəfi-estetik istiqamət.

Dekadentizmavanqardizm mərhələlərini keçən M. I Dünya müharibəsi ərəfəsində ədəbi-fəlsəfi sistem kimi formalaşıb. Onun fəlsəfi kökləri F.Nitsşe, Z.Freyd və M.Haydeggerin ideyalarına söykənir. M.-in nümayəndələrinə C.Coys, F.Kafka, T.Eliot, M.Prust, J.-P.Sartr, A.Kamyu, E.İonesko və başqaları aid edilir. Modernistlər varlıq və hadisələrin subyektiv interpretasiyasını rasional təfəkkürə qarşı qoyurlar. Onlar həqiqəti ətraf aləmdə, cəmiyyətdə deyil, insanın daxili dünyasında axtarır və sosiallığa yox, psixologizmə üstünlük verirlər. Bütün bunlar insanın ətraf aləmdən təcrid olunmasına, son nəticədə fərdin varlığının və ümumiyyətlə, xarici aləmin absurdluğuna gətirib çıxarır. M.-in səciyyəvi cəhətlərindən biri dialoq və nəqletmə əvəzinə psixoloji düşüncələrə, şüur axınına üstünlük verilməsidir. İşarələr sisteminə, mifologiyaya meyil də bu istiqamətin xüsusiyyətlərindəndir. Modernizm B.Brext, P.Neruda, N.Hikmət, E.Heminquey, U.Folkner və Q.Qrinin yaradıcılığına ciddi təsir göstərib.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

mövsüm nəğməri

Folklorda ilin müxtəlif fəsilləri ilə bağlı nəğmələr.

Bu nəğmələrdə fəsillərə münasibət ifadə edilir. Məsələn, qışdan əziyyət çəkən insanlar yazın tez gəlməsini arzulayırlar. “Xıdır Nəbi”, “Yel baba”, “Duman, qaç”, “Günəş, çıx”, “Yağmur, gəl” kimi nəğmələr M.N.-dir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti