Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

çastuşka

Əsasən, rus ədəbiyyatına məxsus birbəndlik lirik folklor janrı.

Müxtəlif mövzularda olur: siyasi, sosial, ailə, məhəbbət, məişət, satirik, əmək, mənzərə və s. Әn yaxşı nümunələri çox ahəngdar, oynaq, şux, sadə üslubda olur. Əsasən, kənd gənclərinin akkordeonun müşayiəti ilə ifa etdiyi bu janr bəzən adi mənzum əsər kimi də oxunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti