Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ön söz

Kitabların əvvəlində əsərin mövzusunu, ideyasını, məqsədini, sənətkarlıq xüsusiyyətlərini izah edən yazı; müqəddimə.

Ön söz həm müəllifin özü, həm də başqaları tərəfindən yazıla bilər. Başqaları tərəfindən yazılan ön söz­lərdə əsər müəllifinin yaradıcılığı da təhlil olunur.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

öymə

Deyişmə xarakterli şeir şəkli.

Adәtәn, iki nəfәrin dialoqu üzәrindә qurulur. Bu dialoq prosesindә tərəflər üstün cәhәtlәrini qabarıq şəkildə ifadə etməyə çalışırlar.

Sәn bir gözәl ceyran olsan,

Düzlәrə qaçacaq olsan,

Mәn bir mahir ovçu olsam,

Sәni ovlasam, neylәrsәn?

– Sən bir mahir ovçu olsan,

Mәni ovlayacaq olsan,

Mәn bir qızıl alma olsam,

Sandığa girsәm, neylәrsәn?

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti