Yayımçının istifadə etdiyi yayım üsulu və ötürdüyü materialların xarakterindən asılı olaraq həyata keçirilən bölgü sistemi.
Y.N. proqram konsepsiyasının tərkib hissəsidir və dövlət tərəfindən yayımçıya verilən lisenziyada (xüsusi razılıqda) öz əksini tapır: televiziya yayımı, radio yayımı, əlavə informasiya yayımı, qapalı teleradio şəbəkəsi yayımı və s. Mahiyyət etibarilə Y.N. çox geniş anlayışdır, ona görə bir çox hallarda fərqli mənalarda da işlədilir; məsələn, bəzi rəsmi sənədlərdə, dərsliklərdə analoq yayım və rəqəmsal yayım, digərlərində konkret mövzunu əhatə edən və konkret auditoriyaya ünvanlanan proqramlar (musiqi, ədəbi-dram və s.) da Y.N.-ləri adlandırılır.
Jurnalistika terminləri lüğətiTeleviziya və radio yayımçılarının fəaliyyətini tənzimləmək, yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyətləri olan qurum.
Adətən, Y.Ş. müstəqil dövlət orqanı kimi təsis olunur, onun formalaşdırılması və rotasiyası qaydaları, səlahiyyət dairəsi, istifadə etdiyi nəzarət mexanizmləri qanunla müəyyənləşdirilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiTeleradio proqramlarının çevrildiyi siqnalların daşıyıcısı olan elektromaqnit dalğasının tezliyi.
Bu tezlik diapazonlara – zolaqlara bölünür və hər zolaqda bir proqramın siqnalları ötürülür. Həmin zolaq Y.T.-ni təşkil edir. Tezliklər məhduddur, strateji əhəmiyyət daşıyır və buna görə dövlət tərəfindən xüsusi razılıq (lisenziya) əsasında verilir. Y.T. teleradiokompaniyanın yayım proqramı konsepsiyasının tərkib hissəsi kimi onun lisenziyasında öz əksini tapır, lisenziya ləğv olunduqda şirkət tezlikdən istifadə hüququnu itirir.
Jurnalistika terminləri lüğətiTeleradio yayımını həyata keçirmək üçün yayımçılara dövlət orqanları tərəfindən verilən xüsusi icazə və bu icazəni təsdiq edən sənəd.
Həmin sənəd yayımçılara tezliklə yanaşı, ötürücü qurğular, xətlər, cihazlar və qəbuledici stansiyalardan da istifadə etmək imkanı yaradır. Y.Ü.L. (xüsusi icazə) müsabiqə əsasında, sənədin üzərində göstərilmiş müddətə verilir. Bu müddətdə lisenziyanın qayda və şərtləri pozularsa, məhkəmənin qərarı ilə onun qüvvəsi müvəqqəti olaraq dayandırıla və ya ləğv edilə bilər.
Jurnalistika terminləri lüğətiYayımın həyata keçirilməsi yolları və bunun üçün istifadə olunan, texniki əlamətlərinə görə fərqlənən vasitələr.
Y.Ü.-na görə kabel, peyk, efir, efir-kabel, internet və s. televiziyası, radiosu fərqləndirilir. Y.Ü. teleradiokompaniyanın yayım proqramı konsepsiyasının tərkib hissəsi kimi onun lisenziyasında öz əksini tapır.
Jurnalistika terminləri lüğətiYayımın əhatə etdiyi ərazi.
Azərbaycan qanunvericiliyində Y.Z. «fərdi qəbul şəraitinin dövlət texniki standartlarının və normalarının tələblərinə cavab verdiyi ərazi hüdudları» kimi müəyyənləşdirilir. Y.Z., əsasən, istifadə edilən yayım üsulundan, yayımçının maraq dairəsi daxilində olan auditoriyadan asılıdır və teleradiokompaniyanın proqram konsepsiyasının tərkib hissəsi kimi onun lisenziyasında öz əksini tapır.
Jurnalistika terminləri lüğətiTeleradio verilişlərinin hazırlandığı dil (dillər).
Y.D. proqram konsepsiyasının tərkib hissəsidir və dövlət tərəfindən yayımçıya verilən lisenziyada (xüsusi razılıqda) öz əksini tapır. Azərbaycanda əsas Y.D. dövlət dilidir. Adətən, telekompaniyaların verilişlərinin 80–90%-i, radio şirkətlərinin verilişlərinin 90–100%-i bu dildədir. Verilişlərini xarici auditoriyaya ünvanlayan teleradiokompaniyalar istisna təşkil edir. Yayımçılar efirdə istifadə olunan dövlət dili və xarici dillərin ayrı-ayrılıqda həcmi barədə tənzimləyici dövlət orqanına vaxtaşırı məlumat verirlər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiTeleviziya və radio kanalının gün, həftə, ay ərzində efirə çıxma, verilişlərini yayımlama ardıcıllığı.
Y.D. proqram konsepsiyasının tərkib hissəsidir və dövlət tərəfindən yayımçıya verilən lisenziyada (xüsusi razılıqda) öz əksini tapır. Ümummilli və transmilli teleradioşirkətlər, həmçinin yerli teleradiokompaniyaların bir çoxu fasiləsiz dövriliyə malikdir.
Jurnalistika terminləri lüğətiTeleviziya və radio kanalının gün, həftə, ay ərzində efirdə olduğu, verilişlərini yayımladığı müddət.
Y.H. proqram konsepsiyasının tərkib hissəsidir və dövlət tərəfindən yayımçıya verilən lisenziyada (xüsusi razılıqda) öz əksini tapır. Bu həcm saatla ölçülür, orijinal və başqa istehsalçıların proqramları, ölkədə və xaricdə hazırlanmış proqramlar, istifadə edilən dillər, reklam və qeyri-reklam materialları üzrə ayrıca hesablanır və göstəricilər barədə vaxtaşırı tənzimləyici dövlət orqanına məlumat təqdim olunur; məsələn, Azərbaycan qanunvericiliyinə görə, reklamın və teleticarətin ümumi həcmi gün ərzində yayımlanan verilişlərin ümumi həcminin 20%-dən çox ola bilməz.
Jurnalistika terminləri lüğəti