Ölkənin siyasi, ictimai, iqtisadi, elmi, mədəni həyatının bütün sahələrində işlədilən və qanunvericiliklə xüsusi hüquqi statusa malik olan dil.
Azərbaycanda D.D. Azərbaycan dili, onun əlifbası isə latın qrafikalı Azərbaycan əlifbasıdır. Ölkə ərazisində təsis edilən və fəaliyyət göstərən, D.D.-ndə yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları bu dili mükəmməl bilməli, dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun gəlməli, reklam və elanlarda D.D. işlədilməlidir. Zəruri hallarda reklam və elanlarda eyni zamanda digər dillərdən də istifadə oluna bilər. D.D.-ndə nəşr olunan çap məhsulları latın qrafikası ilə buraxılmalıdır. Ölkədə bütün KİV, nəşriyyat funksiyası yerinə yetirən qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidir.
Jurnalistika terminləri lüğəti