Şifahi məlumatın şəxsdən-şəxsə ötürüldükcə, yazılı materialın redaktə olunduqca daha çox təhrifə məruz qaldığını ehtiva edən prinsip.
Buna görə jurnalistikada informasiyanın ilkin mənbədən alınmasını, yazıların mümkün qədər az redaktə mərhələlərindən keçirilməsini tələb edən qaydalar mövcuddur. «Xarab telefon» oyunu jurnalistlərin peşə hazırlığı prosesində fəal istifadə olunan psixoloji testlərdən biridir. Misal: «Bir çox qəzetlərdə məqalənin redaktə prosesində əldən-ələ keçməsi «xarab telefon» oyununu xatırladır: hər mərhələdə material həqiqətdən daha çox uzaqlaşır» (Devid Rendall, «Universal jurnalist»).
Jurnalistika terminləri lüğətiÖlkədən kənarda baş verən, dünyada ciddi rezonans doğuran mühüm hadisələr haqqında məlumatlar.
X.X. media orqanının xarici müxbirləri, ezam edilmiş xüsusi müxbirləri tərəfindən hazırlana, xarici mənbələrdən alına, yaxud digər KİV-dən götürülə bilər. Olduqca geniş informasiya axını içərisindən istifadə etmək üçün xəbər seçərkən KİV faktın, yaxud hadisənin ictimai-siyasi əhəmiyyətini, onun öz auditoriyası üçün önəmini, fəaliyyət göstərdiyi ölkəyə, regiona təsirini nəzərə alır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiXaricdə təsis olunmuş, həmçinin təsisçisi və ya redaksiyasının daimi yeri ölkənin hüdudlarından kənarda yerləşən media qurumu.
X.K.İ.V.-nin ölkədə müxbir məntəqəsi, nümayəndəliyi, nümayəndəsi ola, yayımı həyata keçirilə bilər. Belə KİV-in ölkədə hüquqi statusu, yayım qaydası müvafiq dövlətlərarası müqavilələrlə və daxili qanunvericiliklə tənzimlənir. Azərbaycanda ölkə ərazisində təsis edilmiş, lakin təsisçilərinin 1/3 hissəsindən çoxu xarici dövlətin hüquqi şəxsiləri və vətəndaşlarından ibarət olan, yaxud nizamnamə kapitalının (səhmlərinin) 30 faizindən çoxu onların əlində cəmləşən media qurumları da X.K.İ.V.-nə bərabər tutulur: onların fəaliyyəti dövlətlərarası müqavilələrlə tənzimlənir.
Jurnalistika terminləri lüğəti1. Ölkənin hüdudlarından kənarda yerləşən istənilən informasiya qaynağı, yaxud ölkədə fəaliyyət göstərən, yayılan xarici kütləvi informasiya vasitəsi.
Hər bir vətəndaşın X.M.-lərdən birbaşa məlumat əldə etmək hüququ var. Xarici informasiya mənbəyi təşkil edən televiziya, radio proqramlarının bilavasitə qəbulunun və dövri mətbu nəşrlərin yayılmasının məhdudlaşdırılmasına dövlətlərarası müqavilələrdə və daxili qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir.
2. İstənilən idarə, təşkilat və müəssisənin, o cümlədən media orqanının bilavasitə tabeliyində olmayan informasiya qaynağı.
KİV-in digər nəşrlərdən, sənədlərdən, hesabatlardan, statistik toplulardan, internetdən götürüb istifadə etdiyi məlumatlar, habelə ekspert rəyləri, reklam və elanlar X.M.-dən alınmış informasiya hesab edilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiÖlkənin xarici siyasətinə aid olan və dövlət sirri təşkil edən məlumatlar toplusu.
Azərbaycanın xarici-siyasi və xarici-iqtisadi fəaliyyəti, digər ölkələrlə hərbi, elmi-texniki və başqa formada əməkdaşlığı haqqında informasiyaların vaxtından əvvəl açıqlanması dövlətin təhlükəsizliyinə ziyan vura, yaxud diplomatik fəaliyyətin həyata keçirilməsində çətinlik yarada bilərsə, belə məlumatlar dövlət sirri təşkil edir.
Jurnalistika terminləri lüğətiBir ölkənin ərazisindən başqa ölkələrin auditoriyasına ünvanlanmış teleradio yayımı.
X.Y., əsasən, tanıtma və ya təbliğat məqsədilə həyata keçirilir, əksər hallarda tam, yaxud qismən dövlət tərəfindən maliyyələşdirilir. X.Y. proqramları ölkənin öz ərazisində birbaşa translyasiya olunmur, sosial rəqəmsal paketlərə daxil edilmir.
Jurnalistika terminləri lüğətiTeleradio verilişinin yayımı zamanı radionu yeni açmış dinləyicilər və kanalı yeni çevirmiş tamaşaçılar üçün verilişin adı, mövzusu, qısa məzmunu barədə elanlar.
Veriliş reklam blokları ilə kəsildikdə çox vaxt hər blokun əvvəli və (və ya) axırına da belə xatırlatmalar salınır.
Jurnalistika terminləri lüğətiHər hansı proqramın, nəşrin hazırlanması, layihənin reallaşdırılması üçün kütləvi informasiya vasitəsinə, jurnalist təşkilatına təmənnasız yardım göstərməkdən ibarət olan fəaliyyət.
Belə fəaliyyətin X. kimi qiymətləndirilməsi üçün müəyyən şərtlərə əməl edilməlidir: yardım göstərən tərəflə KİV arasında qarşılıqlı asılılıq əlaqələri olmamalıdır; yardım müqabilində KİV-in üzərinə hər hansı öhdəlik qoyulmamalıdır, yardım seçki kampaniyasında iştiraka yönəldilməməlidir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Baş verən hadisələr haqqında yeni alınmış, diqqətəlayiq məlumat.
X.-i qalan məlumatlardan fərqləndirən əsas cəhətlər məhz bunlardır: yenilik və dəyərlilik. X., adətən, ölkədə və dünyada gedən müasir proseslərlə, son hadisələrlə bağlı olur. Lakin keçmişdə baş vermiş, təzə məlum olan faktlar da X. əhəmiyyəti kəsb edə bilər.
2. Ən mühüm, ictimai əhəmiyyət kəsb edən yeni fakt və hadisələr barədə operativ, yığcam jurnalist materialı, bu materialın janrı.
X. şöbələri, X. departamentləri KİV-in özəyini təşkil edən struktur vahidləridir.
Həmçinin bax:
Virtual aləmdə dağınıq şəkildə mövcud olan böyük həcmdə informasiya kütləsinin çeşidlənməsini, süzgəcdən keçirilməsini, strukturlaşmasını və saxlanılmasını təmin edən, onların istifadəçilər tərəfindən axtarılıb tapılmasına imkan verən kompüter sistemi.
X.A.S. bir-biri ilə əlaqəli üç elementdən ibarətdir: informasiya-sorğu fondu (verilənlər bazası), axtarış dili (tətbiq edilən termin və qaydaların məcmusu) və informasiya axtarışını həyata keçirən üsullar.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti