1. Ölkənin hüdudlarından kənarda yerləşən istənilən informasiya qaynağı, yaxud ölkədə fəaliyyət göstərən, yayılan xarici kütləvi informasiya vasitəsi.
Hər bir vətəndaşın X.M.-lərdən birbaşa məlumat əldə etmək hüququ var. Xarici informasiya mənbəyi təşkil edən televiziya, radio proqramlarının bilavasitə qəbulunun və dövri mətbu nəşrlərin yayılmasının məhdudlaşdırılmasına dövlətlərarası müqavilələrdə və daxili qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilir.
2. İstənilən idarə, təşkilat və müəssisənin, o cümlədən media orqanının bilavasitə tabeliyində olmayan informasiya qaynağı.
KİV-in digər nəşrlərdən, sənədlərdən, hesabatlardan, statistik toplulardan, internetdən götürüb istifadə etdiyi məlumatlar, habelə ekspert rəyləri, reklam və elanlar X.M.-dən alınmış informasiya hesab edilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti