Xaricdə təsis olunmuş, həmçinin təsisçisi və ya redaksiyasının daimi yeri ölkənin hüdudlarından kənarda yerləşən media qurumu.
X.K.İ.V.-nin ölkədə müxbir məntəqəsi, nümayəndəliyi, nümayəndəsi ola, yayımı həyata keçirilə bilər. Belə KİV-in ölkədə hüquqi statusu, yayım qaydası müvafiq dövlətlərarası müqavilələrlə və daxili qanunvericiliklə tənzimlənir. Azərbaycanda ölkə ərazisində təsis edilmiş, lakin təsisçilərinin 1/3 hissəsindən çoxu xarici dövlətin hüquqi şəxsiləri və vətəndaşlarından ibarət olan, yaxud nizamnamə kapitalının (səhmlərinin) 30 faizindən çoxu onların əlində cəmləşən media qurumları da X.K.İ.V.-nə bərabər tutulur: onların fəaliyyəti dövlətlərarası müqavilələrlə tənzimlənir.
Jurnalistika terminləri lüğəti