Televiziya, radio, internet vasitəsilə yayımlanan, ümumi məqsədə və süjet bütövlüyünə malik audio və yaxud videomaterial.
Televiziya və radio V.-ləri məqsədindən, mövzusundan, formasından asılı olaraq müxtəlif növlərə bölünür: xəbər V.-ləri, analitik V.-lər, əyləncəli V.-lər və s.; uşaq V.-ləri, idman V.-ləri, elmi V.-lər və s; şoular, tok-şoular, debatlar və s.
Jurnalistika terminləri lüğətilat. vertio – dönüş
1. Müəllifin bilik səviyyəsi, düşüncə tərzi, həmçinin məqsədlərindən asılı olaraq eyni fakta, yaxud prosesə verdiyi fərqli izahlardan hər biri.
2. Eyni hadisənin müxtəlif şəxslər, kütləvi informasiya vasitələri tərəfindən fərqli tərzdə izahlarından hər biri.
3. Kompüter proqramının adının qalması şərti ilə təkmilləşdirilmış, yenilənmiş variantı.
Jurnalistika terminləri lüğətiVəkilin peşə fəaliyyəti ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər, arayışlar barədə yayılması qadağan edilən informasiya.
V.S. hüquqi rejiminə görə konfidensial informasiya sayılır. Vəkillərə və onların təşkilatlarına edilən bütün müraciətlər sirr kimi qorunur. Müraciət edən şəxsin istəyi olmadan bu barədə məlumatlar mediada açıqlanmamalıdır. Onlar məhkəmədə də sübut kimi qiymətləndirilə bilməz. Vəkilin peşə sirrini qoruyacağı barədə andının mətni müvafiq qanunvericilik aktında öz əksini tapıb.
Jurnalistika terminləri lüğətiVətəndaşların informasiyanın toplanması və yayılması istiqamətində məqsədyönlü fəaliyyəti.
V.J. qeyri-professionalların jurnalistika ilə məşğul olması, əvvəllər istehlakçı rolunda çıxış edən insanların özlərinin informasiya istehsalçısına çevrilməsidir. Onun yaranması internet və rəqəmsal texnologiyaların inkişafı nəticəsində mümkün olub. V.J. ilk dəfə diqqəti ciddi surətdə 1999-cu ildə Sietldə (ABŞ) cəlb edib. Antiqlobalistlərin etiraz tədbirinin iştirakçıları müstəqil media mərkəzi yaradaraq özləri tədbirdən canlı yayım təşkil ediblər. V.J. professional jurnalistlərin diqqətindən kənarda qalan faktların, mühüm hadisələrin «içəridən» işıqlandırılmasında vacib rol oynayır. Qərbdə ona «ictimai jurnalistika» da deyilir.
See also:
Jurnalistika terminləri lüğətiVətəndaşların professional jurnalistika fəaliyyətindən kənar informasiya mübadiləsi aparmaq üçün yaratdıqları kütləvi kommunikasiya vasitələrinin cəmi.
Bu vasitələr bloqlardan, podkastlardan, saytlardan, forumlardan, icma radiolarından və s.-dən ibarətdir. İnternet V.M.-nın fəaliyyət göstərdiyi əsas platformadır, bununla belə, o öz məhsullarını başqa üsullarla (vərəqələr, disklər və s.) da yaya bilər. Terminin müəllifi amerikalı media mütəxəssisi Klemensia Rodrigesdir. O, 2001-ci ildə çapdan çıxmış «Media mənzərəsində çatlar» kitabında V.M.-na belə tərif verib: «yeni media və qarşılıqlı əlaqə formalarını əhatə edən, icmaların birləşərək sosial qaydalarla, legitim anlayışlarla, institusional ictimai münasibətlərlə mübahisə açmasına imkan yaradan konsepsiya».
See also:
Jurnalistika terminləri lüğətiVətəndaşın digər şəxslər, sosial qruplar, bütövlükdə cəmiyyət qarşısında qanuni və mənəvi öhdəliklərinə məsuliyyətli münasibəti.
Bu geniş terminin müxtəlif izahları olduğu kimi, jurnalistikada da ona fərqli münasibət mövcuddur. Bir nəzəriyyəyə görə, jurnalist öz fəaliyyətini peşə prinsiplərindən başqa, heç bir öhdəliklə məhdudlaşdırmamalı, yalnız həqiqəti söyləməlidir. Digər baxış sistemində V.M. termini faktik olaraq «vətənpərvərlik» anlayışı ilə eyniləşdirilir və mediadan millətin, dövlətin maraqlarını hər şeydən üstün tutmaq tələb olunur. Belə təsəvvürlər daha çox avtoritar cəmiyyətlərə xasdır. Üçüncü nəzəriyyə isə jurnalistin V.M. ilə peşə borcunu əlaqəli şəkildə şərh edir. Buna «partisipant jurnalistika» da deyilir. Həmin baxışa görə, jurnalistlərin V.M. onlardan cəmiyyətin aktual problemlərinin həllində fəal iştirak tələb edir. İctimai maraqlar biznes qruplarının, siyasi qrupların korporativ maraqlarına uyğun gəlmədikdə jurnalist cəmiyyətin fəal müdafiəçisi olmalıdır. Digər tərəfdən o, cəmiyyəti sosial ədaləti, insan hüquqlarını qorumaq, hakimiyyətin fəaliyyətini nəzarətdə saxlamaq istiqamətində səfərbər etməlidir.
Jurnalistika terminləri lüğətiDaimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən şəxs.
Sərəncam vermək və ya icrası məcburi olan qərarlar qəbul etmək səlahiyyətlərinə malik dövlət qulluqçuları, bələdiyyə üzvləri və qulluqçuları, hərbi qulluqçular bu kateqoriyaya aid edilirlər. Azərbaycan qanunvericiliyinə görə, dövlət və bələdiyyə qurumlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də hüquqi əhəmiyyət kəsb edən hərəkətlər törətdikdə V.Ş. hesab olunurlar. «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun əsasında Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər isə müəyyən cinayətlər baş verən hallarda bu dairəni bir qədər də genişləndirir: dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qeydə alınmış şəxslər; andlı iclasçılar; xarici ölkələrin, beynəlxalq təşkilatların V.Ş.-ləri, seçkili orqanların üzvləri; beynəlxalq məhkəmələrin hakimləri və s.
Jurnalistika terminləri lüğətiJurnalistin öz peşə fəaliyyətini vicdanla yerinə yetirməsinə baxmayaraq, bilmədən yol verdiyi yanlışlıq.
Bəzi hallarda media əməkdaşları məlumatı yaymazdan əvvəl onun həqiqətə uyğunluğunu müəyyənləşdirmək üçün bütün mümkün vasitələrdən istifadə edir, lakin özlərindən asılı olmayan səbəblər üzündən buna nail olmurlar. Ona görə də diffamasiya ilə bağlı şikayətlər araşdırılarkən jurnalistin hansı şəraitdə səhvə yol verdiyi, redaksiyanın mümkün yanlışlığı aradan qaldırmaq üçün nə kimi tədbirlər gördüyü də nəzərə alınmalıdır. Jurnalistin «vicdanlı səhvə yol vermək hüququ» ilk dəfə ABŞ Ali Məhkəməsinin «New-York Times Sallivana qarşı» (1964) işi üzrə qərarında əksini tapıb və mahiyyət etibarilə sonradan Avropa Məhkəməsi tərəfindən başqa işlərdə (məs.: «Dalban Rumıniyaya qarşı», 1999) tətbiq edilib.
See also:
Jurnalistika terminləri lüğətilat. video – baxıram, görürəm
1. Təsvir siqnallarının formalaşdırılması, yazılması, ötürülməsi, saxlanması və oxunmasını təmin edən elektron texnologiya.
2. Fiziki daşıyıcıya yazılmış audiovizual əsər.
3. Mürəkkəb sözlərin görüntü, vizuallıq bildirən tərkib hissəsi; məs.: videotelefon, videokadr və s.
Jurnalistika terminləri lüğətilat. video – baxıram, görürəm + lat. archivum – saxlanc yeri
1. Videomaterialların maddi informasiya daşıyıcılarına (kaset, disk və s.) köçürülərək saxlandığı otaq və ya xüsusi müəssisə.
2. Videomaterialların rəqəmsal formatda saxlandığı server.
3. Videomateriallar toplusu.
See also:
Jurnalistika terminləri lüğəti