Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

ultraqısa dalğalar

lat. ultra – ifrat, çox

Uzunluğu 10 metrdən qısa, tezliyi 30 Mhs-dən artıq olan radiodalğalar.

Radio və televiziya yayımında, həmçinin kosmik ob­yektlərlə əlaqə yaratmaq üçün geniş is­ti­fadə olunur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

unikal istifadəçi

Konkret zaman kəsiyin­də sayta ilk dəfə daxil olmuş istifadəçi.

«Konkret zaman» dedikdə, adətən, bir gün nəzərdə tutulur. Əgər gün ərzində isti­fa­dəçi sayta təkrar daxil olarsa, o artıq uni­kal hesab edilmir. İstifadəçinin kimliyi onun İP-ünvanı, qeydiyyat göstəriciləri (parol, loqin) əsasında müəyyənləşdirilir. Başqa sözlə, U.İ. – unikal İP-ünvan deməkdir.

Jurnalistika terminləri lüğəti

uşaq kanalı

Yalnız azyaşlı auditoriya üçün nəzərdə tutulmuş verilişlər, bədii və cizgi filmləri nümayiş etdirən televiziya ­ka­na­lı.

ABŞ-da Cartoon Network (CN), Nickelodeon, Boomerang, Fransada TIJI, Ukraynada Piksel, Rusiyada Детский мир kanalları onlara misaldır. Bir çox U.K.-ları internetdə onlayn rejimdə fəaliyyət gös­tərir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

uşaq nəşrləri

Azyaşlı auditoriya üçün nəzərdə tutulan ixtisaslaşmış qəzetlər, jur­nallar və digər çap kütləvi informasiya va­sitələri.

Bir sıra ölkələrdə U.N.-nə dövlət tərəfindən xüsusi dəstək proqramları hə­yata keçirilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

uşaq proqramları

Azyaşlı auditoriya üçün nəzərdə tutulan radio və televiziya ­ve­rilişləri.

Bir çox televiziya və radio ­ka­­nal­larında ayrıca U.P. redaksiyaları, ­stu­­diyaları, şöbələri fəaliyyət göstərir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti